Accessibility links

"Sing for democracy” kampaniyası “Pussy Riot” qrupunu müdafiə aksiyası keçirib (video & fotolar)

Sing for Demokracy Pussy Riotu müdafiə edir
Sing for Demokracy Pussy Riotu müdafiə edir

Kampaniyanın fəalları Rusiyanın Bakıdakı səfirliyi qarşısında “Pussy Riot”un siyasi sifarişli həbsinə etiraz edib. Polis fəalları saxlayıb

“Demokratiya naminə oxu” (Sing for democrasy) hüquq-müdafiə kampaniyası sentyabrın 1-də bu ilin fevralında Xilaskar İsa məbədində istehzalı ibadət keçirən “Pussy Riot” qrupunun üç ifaçısının Rusiyada 2 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz olaraq Rusiyanın Bakıdakı səfirliyi qarşısında piket keçirməyə cəhd edib.
Polis etirazçıları Rusiya səfirliyinin qarşısına buraxmayıb, şüarlarının səsləndirməyə, qətnamələrini oxumağa və səfirliyə təqdim etməyə imkan verməyib.
“Sing for Democracy” kampaniyasının koordinatoru Rəsul Cəfərov, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov polis tərəfindən saxlanıb.
Bununla yanaşı, aksiya iştirakçıları fərdi çıxışlarda olsa da həbs edilmiş qızların azad edilməsini tələb edib.

Rəsul Cəfərov deyib ki, aksiya baş tutub. “Biz etirazımızla ictimai diqqəti məqsədimizə yönəldə bildik. Polis səfirliyin qarşısında şüarlarımızı səsləndirməyə imkan verməsə də çoxsaylı media bu etirazı ictimai diqqətə çatdıracaq. “Sing for Democracy” kampaniyası pravoslavların dini hisslərinə hörmətlə yanaşır, lakin qızlara verilən cəzanı siyasi sifarişlə qəbul edilmiş qeyri-adekvat sərt cəza hesab edir”.

Facebook şəbəkəsində də aksiya ilə bağlı xüsusi qrup yaradılıb. https://www.facebook.com/events/308504165913425/.

“Sing for Democracy” (Demokratiya naminə oxu) hüquq-müdafiə kampaniyası bu ilin may ayında Bakıda keçirilən “Eurovision-2012” müsabiqəsi ilə əlaqədar yerli qeyri hökumət təşkilatları tərəfindən yerli və beynəlxalq demokratik ictimaiyyətin diqqətini Azərbaycanda insan hüquqları sahəsində problemlərə çəkmək məqsədilə təşkil edilib.

XS
SM
MD
LG