Accessibility links

Kürd döyüşçülər İraqın Sincar bölgəsini yaraqlılarından geri alıb


İraq Kürdüstanının prezidenti Məsud Bərzani kürd döyüşçülərinin bir ildən artıqdır İslam Dövlətinin nəzarətində olan Sincar bölgəsini yaraqlılarından geri aldığını bəyan edib.

Prezident Sincarın azad edildiyini elan etdiyi mətbuat konfransında yəzidi azlığını didərgin salan İslam Dövlətinin minlərlə yəzidini öldürdüyü və girov götürdüyünü deyib. Bərzani bölgədə kürd bayrağının qaldırıldığını bildirib.

Kürd qüvvələri bölgə uğrunda döyüşlərdə müqavimətlə üzləşmədiklərini bildirib.

Peşmərqə mayoru Qazi Əli deyib ki, cavab hücumları qeydə alınmayıb. O, snayperlərin mövqelərində olduğunu, lakin qarşıdurma olmadığını bildirib.

Tunisdə çıxış edən ABŞ dövlət katibi Con Kerri Peşmərqə qüvvələrinin Sincarı bir neçə gün ərzində geri alacağından tam əmin olduğunu deyib.

ABŞ prezidenti Barak Obama bir neçə gün əvvəl deyib ki, İraq və Suriyada İŞİD məhv edilməsə də, onun irəlilməsinə mane olunur.

Obama xarici döyüşçülərin qrupun sıralarına cəlb edilməsinin də məhdudlaşdırıldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG