Accessibility links

Yaponiyanın baş naziri Pearl Harboru ziyarət edəcək


Yaponiyanın nazirlər kabinetinin baş katibi Yoşihide Suqanın bu ayın əvvəli bildirdiyinə görə, çərşənbə axşamı Yaponiya baş naziri Şinzo Abe prezident Barak Obama ilə birlikdə “ABŞ və Yaponiya arasında barışığın dəyərini ifadə etmək” məqsədilə Pearl Harboru ziyarət edəcək.

Ağ Ev bildirir ki, Abenin ziyarəti keçmiş müharibə düşmənləri arasındakı ittifaqı vurğulayır.

Abe 1951-ci ilin sentyabrın 12-də Yaponiyanın keçmiş lideri Şigeru Yoşidanın qısa ziyarətindən sonra Pearl Harboru ziyarət edən ilk vəzifəsini icra edən baş nazir olacaq.

Bu ziyarət Birləşmiş Ştatları İkinci Dünya Müharibəsinə qoşulmağa vadar edən hücumdan 75 il sonraya və Donald Trampın Birləşmiş Ştatların 45-ci prezidenti olmağına dörd həftə qalmış bir vaxta təsadüf edir.

Yaponiya hpkümətinin sözçüsünün sözlərinə görə, Abe Yaponiyanın 1941-ci ilin 7 dekabrında 2 min hərbi personalın ölümünə səbəb olan Pearl Harbora hücuma görə üzr istəməyəcək.

Obama da ABŞ-ın 1945-ci ildə yüz minlərlə mülki vətəndaşın ölümü ilə nəticələnən Naqasaki və Hiroşimaya atılan atom bombalarına görə də üzr istəməmişdi.

Ötən ay Abe Tramp prezident seçiləndən sonra onunla görüşən ilk dünya lideri oldu. Onların Nyu-Yorkda tələsik təşkil olunan görüşündən sonra Abe Trampı “etibara layiq” lider adlandırmışdı.

XS
SM
MD
LG