Accessibility links

SIPRI: Qlobal nüvə arsenalı Soyuq Müharibədən bəri ilk dəfə artacaq


"Qlobal nüvə arsenalının qarşıdakı illərdə Soyuq Müharibədən sonra ilk dəfə artacağı gözlənilir və bu cür silahlardan istifadə riski onilliklərdə ən yüksək olacaq". Bu barədə bazar ertəsi münaqişə və silahlanma üzrə aparıcı araşdırma mərkəzi məlumat yayıb.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni nəşrinə görə, Rusiyanın Ukraynaya təcavüzü və Qərbin Kyivə dəstəyi doqquz nüvə dövləti arasında gərginliyi artırıb. İnstitut bildirib ki, 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarına qədər nüvə silahlarının sayı bir qədər azalsa da, nüvə gücləri tərəfindən təcili tədbirlər görülməsə, qlobal döyüş başlıqları ehtiyatları onilliklər ərzində ilk dəfə tezliklə artmağa başlaya bilər.

"Nüvə silahı olan bütün dövlətlər öz arsenallarını artırır və ya modernləşdirir. Onların əksəriyyəti nüvə ritorikasını kəskinləşdirir və nüvə silahlarının hərbi strategiyalarında oynadığı rolu gücləndirir", SIPRI Kütləvi Mühafizə Proqramının direktoru Vilfred Vanq İnstitutun 2022-ci ilə dair buraxılışında bildirib.

"Bu, çox narahatedici tendensiyadır" - deyə, o qeyd edib.

Kremlin "xüsusi hərbi əməliyyat" adlandırdığı Rusiyanın Ukraynaya müdaxiləsindən üç gün sonra Rusiya prezidenti Vladimir Putin Rusiyanın nüvə silahlarını yüksək hazırlıq vəziyyətinə gətirib.

O, həmçinin xəbərdarlıq edib ki, digər ölkələrin Rusiyaya müdaxilə cəhdləri "onların öz tarixlərində heç vaxt yaşamadıqları nəticələrə" gətirib çıxaracaq.

Rusiya 5977 döyüş başlığı ilə dünyanın ən böyük nüvə arsenalına malikdir ki, bu da ABŞ-dan təxminən 550 çoxdur. Dünyanın döyüş başlıqlarının 90 faizindən çoxu bu iki ölkənin payına düşür. SIPRI Çinin 300-dən çox yeni raket silosunu daxil etmək üçün arsenalını genişləndirmək ərəfəsində olduğunu təxmin edir.

İnstitutun məlumatına görə, dünyada nüvə başlıqlarının ümumi sayı 2021-ci ilin yanvarında 13 080-dən 2022-ci ilin yanvarında 12 705-ə düşüb. Təxminən 3732 döyüş başlığı raketlərə və təyyarələrə yerləşdirilib və 2000-ə yaxın (demək olar ki, hamısı Rusiyaya və ya ABŞ-a məxsus) yüksək hazırlıq vəziyyətində idi.

"Bəşəriyyətin və planetin yalnız beynəlxalq əməkdaşlıq yolu ilə həll edilə bilən bir sıra dərin və təcili ümumi problemlərlə üzləşdiyi bir vaxtda dünyanın böyük dövlətləri arasında münasibətlər daha da pisləşib" - deyə, SIPRI-nin sədri, İsveçin keçmiş baş naziri Stefan Löfven bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG