Accessibility links

Hələb şəhərində 4 partlayış törədilib


Suriyanın ən böyük şəhəri Hələbin hökumətin nəzarətində olan hissəsində 4 partlayış törədilib. Nəticədə 48 adam həlak olub, 100-dən çox insan yaralanıb.

Suriya dövlət televiziyası bu gün şəhərin əsas meydanını hədəf alan partlayışdan sonrakı görüntüləri yayımlayıb. Son günlər bu ərazidə hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlərin intensivləşdiyi deyilir.

Suriya İnsan Haqları Müşahidəsi qrupu bildirib ki, partlayış hərbi zabitlər klubu yaxınlığında törədilib. Dövlət mətbuatı hücumlara görə terrorçuları təqsirləndirib.

Bu arada, BMT və Ərəb Liqasının Suriya üzrə elçisi Laxdar Brahimi gələn həftə 18 ay davam edən münaqişəyə son qoymaq səyləri çərçivəsində bir daha regiona qayıdacaq.
XS
SM
MD
LG