Accessibility links

İndoneziyada iki gün ərzində iki intiharçı hücumu törədilib


İndoneziyada bazar ertəsi bir ailənin beş üzvünün Surabayada polis məntəqəsində intiharçı hücumu həyata keçirməsi 10 nəfərin yaralanmasına səbəb olub.

Təhülkəsizlik kameraları ilə çəkilən video görüntüdə iki motosikletin yoxlama məntəqəsinə yaxınlaşdığı göstərilib və bundan bir az sonra partlayış baş verib.

Rəsmilər deyib ki, səkkiz yaşlı qız bazar ertəsi baş vermis hadisədən sağ qurtara bilib. Xəsarət alanlar arasında polis işçisi və altı mülkü vətəndaş olub. Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb.

Ölkənin ikinci ən böyük şəhərində baş vermis hücum yeniyetmə və uşaqlar da daxil olmaqla, altı nəfərdən ibarət ailənin üç kilsədə intiharçı hücumu həyata keçirməsindən bir gün sonraya təsadüf edib. Polisin verdiyi məlumata görə, ötən hücumda azı 13 nəfər həlak olmuş, 41 nəfər isə yaralanmışdır.

Hazırda İndoneziyada bütün şəhərlərdə təhlükəsizlik tədbirləri görülür.

Bazar günü baş vermis hadisəyə görə İŞİD qrupu məsuliyyəti üzərinə götürüb. İndoneziya prezidenti hücumu “vəhşi” hərəkət adlandırıb. Ailənin bu yaxınlarda Suriyadan İndoneziyaya qayıtdığı deyilir.

XS
SM
MD
LG