Accessibility links

Sirus Təbrizli vəfat edib


Sirus Təbrizli
Sirus Təbrizli

O, Nabranda bağ evində axşam yatıb və yuxudan oyanmayıb

Azərbaycanın keçmiş mətbuat və informasiya naziri, iqtidarda olan Yeni Azərbaycan Partiyasının sabiq sədr müavini, Milli Məclisin bir neçə çağırış deputatı olmuş Sürus Təbrizli bu gün vəfat edib.

Onun vəfatının səbəbləri ilə bağlı hələ rəsmi məlumat verilməyib. Yaxınlarının dediyinə görə, cənab Təbrizlinin sağlamlığı ilə bağlı problemi olmayıb. O dünən axşam Nabrandakı (Bakıdan 219 kilometr şimalda, Xəzər dənizi sahilində qəsəbə) bağ evində olub, axşam sağlam halda yatıb və yuxudan ayılmayıb.

Sirus Xudadat oğlu Təbrizli 9 may 1942-ci ildə Təbriz (İran, Şərqi Azərbaycan) şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

İrandan Azərbaycana mühacirətə gəlib. Azərbaycanda uzun müddət jurnalistika ilə məşğul olub. Ötən əsrin 80-ci illərində Bakıda Milli Azadlıq Hərəkatına qoşulub. 1992-ci ildə hazırda iqtidarda olan Yeni Azərbaycan Partiyasının yaradılmasının əsas təşəbbüskarlarından biri olub.

O, sonradan Yeni Azərbaycan Partiyasının apardığı siyasətin kəskin tənqidçisinə çevrilib və buna görə YAP sıralarından xaric edilib. Son illər siyasətlə məşğul olmurdu. Ara-sıra mediaya iqtidarın siyasətini tənqid edən müsahibələr verirdi.
XS
SM
MD
LG