Accessibility links

Tramp administrasiyası 2020-ci il üçün əhalinin siyahıya alınma prosesində vətəndaşlıq sualının salınmasından əl çəkməli olub


Tramp administrasiyası 2020-ci il üçün əhalinin siyahıya alınma prosesində vətəndaşlıq sualının salınmasından əl çəkməli olub.

Bu isə o deməkdir ki, ABŞ Əhalini Siyahıyaalma Bürosu 100 milyondan çox Amerika ailələrinə xüsusi anketlərin göndərilməsi prosesinə başlaya bilər.

Hər 10 ildə bir əhalinin siyahı alınmasının yubadılması federal qanunun pozulmasıdır. Siyahıyaalma hər ştata Senatda neçə yer ayrılması və federal büdcədən ştatlara vəsait ayrılması üçün mühümdür.

Əhalini siyahıyaalmasından ABŞ Nümayəndələr Palatasındakı yerlərin sayını müəyyən etmək üçün də istifadə olunur.

Ali Məhkəmə administrasiyanın vətəndaşlıq tələbi ilə bağlı təklifini 5-4 səs fərqi ilə qəbul etməyib.

Donald Tramp yazdığı tvitində bildirib ki, hökümətin 2020-ci il üçün ətraflı və vacib siyahıyalmada vətəndaşlıq sualını soruşa bilməməsi gülünc görünür.

Vətəndaşlıq sualının əleyhdarları deyir ki, administrasiyanın planı immiqrantları siyahıyaalmada iştirak etməkdən yayındırmaqdır. Bu isə icmaları siyasi baxımdan müvafiq şəkildə təmsil olunmaqdan və təhsil, infrasktruktur və ictimai xidmətlər üçün ayrılan federal yardımdan məhrum edə bilər.

Tənqidçilər deyir ki, vətəndaşlıq sualı azlıqlar və mühacirləri qorxudur.

Ticarət naziri Uilbur Ross Ali Məhkəmənin qərarı ilə razılaşmadığını desə də, silahıyaalma prosesinin başlanmasına hörmətlə yanaşdırğını deyib.

"Ali Məhkəmənin insanlardan ABŞ vətəndaşısınızmı sualını salmaması qərarı olduqca məyusedicidir" , Tramp Twitter-də yazıb.

XS
SM
MD
LG