Accessibility links

Gənc fəal cərimə edilib


Cəmil Hacıyev
Cəmil Hacıyev

Demokratik Qüvvələrin Milli Şurasının üzvü, gənc fəal Cəmil Hacıyev 100 manat cərimə edilib. Bu barədə onun özü məlumat verib.

C.Hacıyev bir neçə gün əvvəl saxlanılıb, polis bölməsinə aparılıb, sonradan sərbəst buraxılıb.

“Mənim işim Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində araşdırılır. Bölmənin təhqiqatçısından məhkəmə binasında xuliqanlıq etməkdə günahlandırılaraq cərimə edildiyimi öyrəndim".

C.Hacıyev deyib ki, xuliqanlıq etməsi barədə sübutlar yoxdur.

Gənc siyasi fəal, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev avqustun 7-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparılıb. Onun deməsinə görə, etiraz aksiyalarında iştirakı ilə bağlı məhkəmə işi ilə əlaqədar Binəqədi Rayon Məhkəməsinə gedib, orada prosesin yubanmasına etirazını bildirib.

Məhkəmə nümayəndəsi onun etiraz etməsindən narazı qalıb, polis dəvət edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG