Accessibility links

Əli Kərimliyə qarşı aksiya olub


Əli Kərimli
Əli Kərimli

Əli Kərimli etiraz aksiyaları ilə bağlı düşüncələrini özünün Facebook səhifəsində bölüşüb

Aprelin 9-da bir qrup gənc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı evin qarşısında iki dəfə etiraz aksiyası keçiriblər. Aksiyaya toplaşanlar partiya liderinin cəbhədə baş verən son hadisələrlə bağlı şərhlərinə etiraz bildiriblər.

APA-nın məlumatına görə onlar iddia ediblər ki, Əli Kərimli hökumətin siyasətinə qarşı çıxır, ermənipərəst siyasət yürüdür. Aksiyada iştirak edənlər gəncləri ölkə başçısı İlham Əliyevin ətrafında birləşməyə çağırıblar.

Aksiya hər hansı ciddi insident baş vermədən başa çatıb.

Əli Kərimli etiraz aksiyaları ilə bağlı düşüncələrini özünün Facebook səhifəsində bölüşüb:

«2 apreldə Ermənistanın atəşkəsi pozmasını eşidən kimi statusumda belə yazdım: «Bu gərgin məqamlarda bütün varlığımızla ordumuzun yanında olduğumuzu bəyan edirəm»», - deyən Ə.Kərimli cəbhə xəttində gərginlik zamanı bölüşdüyü fikirlərinin hamısının orduya dəstək məzmununda olduğunu ifadə edib.

«İndi bunlar qəhrəman ordumuzun zəfər yürüşünü dayandırıb, bir saatdan bir mənim evimin qarşısında aksiyalar keçirirlər. Evimizin qarşısında rejimin göndərdiyi dəstə qışqırır ki, «Qarabağ bizimdir, bizim olacaq!». Adamdan soruşarlar ki, ordumuza «dur!» əmrini mənmi vermişəm, yoxsa sizin lideriniz İlham Əliyev? Ölkəmizi erməninin dostu, himayədarı Rusiya asılılığına aparan mənəm, yoxsa İlham Əliyev? Bu xalqdan oğurlanıb, Panamada ofşor hesablarda gizlədilən milyardlar da bəlkə, İlham Əliyevin yox, mənimdir?...» - deyə Əli Kərimli vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG