Accessibility links

SMDTM seçici iştirakının süni şəkildə şişirdildiyini bildirir


Prezident seçkiləri
Prezident seçkiləri

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) MSK-nın saytından növbədənkənar prezident seçkilərinin nəticələri ilə bağlı məlumatların skrinşotlarını yayıb. Məlum olub ki, ən azı 13 seçki dairəsində bütün məntəqələrdə seçicilərin iştirakı eyni olub:

https://www.facebook.com/AZEelections/

SMDTM bunu seçici iştirakının süni şişirdilməsinə sübut hesab edir.

Gün ərzində saat 10:00, 12:00, 17:00 və 19:00-a olan məlumatlıara görə, bütün məntəqələrdə eyni rəqəmlər təkrarlanıb.

Məsələn, saat 10.00-a olan məlumata görə, 42 saylı Sumqayıt ikinci seçki dairəsində 17 məntəqənin hamısında seçicilərin 15%-i səs verib, saat 12:00-da 37%, 15.00-da 60%, 17.00-da 70%, 19.00-da 74% seçici səs verib.

Seçkinin nəticələri
Seçkinin nəticələri

1 saylı Şərur-Sədərək dairə seçki komissiyası, 2 saylı Şərur seçki dairəsi, 41 saylı Sumqayıt birinci seçki dairəsi, 42 saylı Sumqayıt üçüncü seçki dairəsi, 27 saylı Mingəçevir seçki dairəsi, 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi, 91 saylı Ucar seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 103 saylı Gədəbəy seçki dairəsi, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi, 107 saylı Qazax seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində analoji mənzərə müşahidə edilib.

Həmin seçki sairələrində demək olar ki, seçicilərin iştirakına dair məlumatlar eyni olub.

İctimai Siyasət İnstitutunun rəhbəri Bəxtiyar Hacıyev MSK-nın saytında 1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə səsvermənin nəticələrinə dair skrinşotları açıqlayıb.

34 və 35-ci məntəqələrdə prezidentliyə namizəd Araz Əlizadə hər birindən 2 səs yığıb.

Öz növbəsində, Mərkəzi Seçki Komissiyası səsvermə zamanı qanun pozuntusunun qeydə alınmadığını bildirib.

"Mərkəzi Seçki Komissiyasına səsvermə zamanı qanun pozuntusu ilə bağlı şikayət daxil olmayıb", MSK sədri Məzahir Pənahov bildirib.

XS
SM
MD
LG