Accessibility links

Yanqland həbslərlə bağlı İlham Əliyevə zəng edib


Avropa Şurasının baş katibi Torbyörn Yaqland
Avropa Şurasının baş katibi Torbyörn Yaqland

Prezident Administrasiyasının və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət İşçi Qrupun fəaliyyətinin bərpa edilməsi barədə razılıq əldə edilib

Avqustun 11-də Avropa Şurasının Baş Katibi Tyornborn Yanqland prezident İlham Əliyevə zəng edib.

Tyornborn Yanqland söhbətin yekunlarına dair bəyanatında deyilir :

“Azərbaycan prezidenti ilə telefon söhbətində mən, son günlər məşhur hüquq müdafiəçilərinin həbsi ilə bağlı dərin narahatlığımı bildirdim.

Biz, Prezident Administrasiyasının və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət İşçi Qrupun fəaliyyətinin bərpa edilməsi barədə razılıq əldə etdik. Bu qrup 2003-cü ildə təsis edilmişdi və 2008-ci ilə qədər fəaliyyət göstərdi. İşçi Qrupun fəaliyyəti Avropa Şurası nümayəndələrinin iştirakı ilə bərpa edilib.

Bu qurumun bərpası yaxın günlərdə baş tutacaq və hüquq müdafiəçilərinə qarşı irəli sürülmüş ittihamların yoxlanılması, habelə hakimiyyət və vətəndaş cəmiyyəti arasında dialoqun başlanması üçün yaxşı imkan olacaq”, deyə bəyanatda bildirilir.

XS
SM
MD
LG