Accessibility links

"Ermənistanın yezidi kürdləri Qarabağda yerləşdirməsi Cenevrə konvensiyasına ziddir"


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev

Xarici İşlər Nazirliyinin təmsilçisi Elman Abdullayev bildirib ki, belə hərəkətlər Dağlqı Qarabağ ətrafında danışıqlar prosesinə mane olur

"Ermənistan tərəfindən yezidi kürdlərin Qarabağa yerləşdirilməsi 4-cü Cenevrə konvensiyasının 49-cu bəndinə ziddir”.

Bu barədə bu günkü brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

Onun sözlərinə görə belə cəhdlər və hərəkətlər Dağlqı Qarabağ ətrafında danışıqlar prosesinə mane olur.

E.Abdullayev bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi artıq beynəlxalq təşkilatları Ermənistanın yezidi kürdlərin işğal olunmuş Dağlıq Qarabağda və ona bitişik işğal edilmiş ərazilərdə qanunsuz yerləşdirilməsi cəhdləri haqqında məlumatlandırıb.

Elman Abdullayev onu da qeyd edib ki, ATƏT-in Minsk Qrupu Ermənistan tərəfinin Dağlıq Qarabağa yezidilərin yerləşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə də sərt reaksiya verməlidir.

XS
SM
MD
LG