Accessibility links

Amnesty İnternational hakimiyyəti İ.Nəsibovun döyülməsini obyektiv araşdırmağa çağırıb


国际特赦标识
国际特赦标识

Təşkilat hesab edir ki, İlqar Nəsibova və ailəsinə qarşı hücum onların jurnalist və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır

Müstəqil jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibov avqustun 21-də döyüldükdən sonra o və ailəsi hələ də təhlükə altındadır.

Bu barədə Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatının bəyanatında deyilir.

Təşkilat hesab edir ki, İlqar Nəsibova və ailəsinə qarşı hücum onların jurnalist və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır.

Amnesty İnternational xatırladıb ki, onun həyat yoldaşı Məlahət Nəsibova daim hədələrə və təzyiqə məruz qalıb.

Təşkilat Azərbaycan hakimiyyətini İlqar Nəsibova qarşı hücumu dərhal, qərəzsiz və səmərəli araşdırmağa, habelə ölkədə ifadə azadlığına höməti təmin etməyə çağırıb.

Avqustun 21-də bir qrup şəxs tərəfindən Naxçıvanda döyülmüş hüquq müdafiəçisi İlqar Nəsibov sentyabrın 4-də Naxçıvan şəhər Polis İdarəsinə dəvət edilib və zərərçəkmiş kimi tanınıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağ ağır zərər vurma)maddəsi ilə cinayət işi açılıb.

Nəsibov Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin ofisində bir neçə şəxs tərəfindən döyülüb.

Onun qabırğaları, burnu, almacıq sümükləri qırılıb, çoxsaylı xəsarətlər yetirilib. Həkimlər üzünə ona yaxın tikiş qoyub və güclü beyin silkələnməsi olduğunu qeydə alıb. O, bir gözündə görmə qabiliyyətini qismən itirib.

XS
SM
MD
LG