Accessibility links

IREX məhkəməyə müraciət edib


logo of IREX
logo of IREX

IREX Azərbaycan sentyabrın 6-da bəyanat yayıb

IREX - Azərbaycan sentyabrın 6-da bəyanat yayıb.

Bəyanatda deyilir ki, Az'rbaycan Baş Prokurorluğu bəyan etmədən İREX-in Bakının ofisinə gəlib.

"Onlar özləri ilə Bakının Yasamal Məhkəməsinin orderini gətirib, bütün kompüterləri, digər avadanlığı və eləcə də sənədləri aparıblar", bəyanatda deyilir.

İREX artıq məhkəməyə müraciət etdiyini bildirib.

Qurum ümid edir ki, USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) maliyyələşdirdiyi, 2014-cu il sentyabrın 30-da bitməli olan hazırkı layihəsini başa çatdıra bilməsi üçün avadanlıq və sənədlər mümkün qədər tez qaytarılacaq.

"İREX-in Azərbaycandakı bank hesabı bir sıra yerli və beynəlxalq QHT-lərə açılan "cinayət işi" ilə əlaqədar 2014-cü il iyulun 26-da dondurulub. İREX bu təhqiqatın ədalətli və sürətli tamamlanmasını gözləyir", bəyanatda qeyd edilir.

Bununla belə İREX Azərbaycanın qonağı kimi 15 il ərzində təhsil, media və vətəndaş cəmiyyətinə göstərdiyi uğurlu dəstəyinin davam etdirilməsini
əngəlləyən bu hərəkətlərdən narahatlığını bildirir.

XS
SM
MD
LG