Accessibility links

Pənah Hüseyn: Repressiyalara qarşı mübarizə üçün mitinq komitəsi yaradılacaq [Video-müsahibə]


Pənah Hüseyn: Repressiyalara qarşı mübarizə üçün mitinq komitəsi yaradılacaq
please wait

No media source currently available

0:00 0:06:49 0:00

Pənah Hüseyn: Repressiyalara qarşı mübarizə üçün mitinq komitəsi yaradılacaq

Azərbaycanın keçmiş baş nazirinin Amerikanın Səsinə müsahibəsi

Siyasi partiyaların “Demokratiya və İnsan Haqları Mərkəzi” Demokrat Partiyasının ofisində “Azərbaycanda demokratiyanın vəziyyəti” mövzusunda konfrans keçirib.

Konfransda ölkədə demokratiyanın mövcud durumu və situasiyadan çıxış yolları müzakirə olunub.

Azərbaycanın keçmiş baş naziri, Xalq Partiyasının sədri Pənah Hüseyn Amerikanın Səsinə müsahibəsində bildirib ki, mərkəzin işində 25 siyasi partiya (partiyaların 12-si dövlət qeydiyyatından keçib) iştirak edir.

“Mərkəz son repressiyalara qarşı mübarizə məqsədi ilə yaranıb. Bu məqsədlə müraciətlərdən başlayaraq, kütləvi aksiyaların təşkilinə qədər səylər göstərilməsi nəzərdə tutulub”.

Onun fikrincə, son basqılar iqtidarın demokratiya üzərinə hücumudur.

“Bu hücum siyasi xarakter daşıyır. Konfransda əksəriyyətin fikri belə oldu ki, bunun qarşısını siyasi partiyalar siyasi vasitələrlə ala bilər. Bunun üçün müxalifətdə olan bütün qüvvələrin bir araya gəlməsi lazımdır”.

Bununla yanaşı konfransda 2018-ci ilədək müddətdə demokratik islahatlarla bağlı konsepsiyanın hazırlanması üçün qərar verilib.

“2015-ci ildə konstitusiyada dəyişikliklər edilməsi üçün təşəbbüs qrupu yaradılması və referendum keçirilməsinə qərara verilməsi üçün 45 min imza toplanılması barədə razılığa gəlindi. Siyasi aksiyaların keçirilməsi üçün isə mitinq komitəsi yaradılacaq. Biz hökumətlə dialoq qapısını da açıq saxlayırıq”.

O,eyni zamanda konfransda yaranmış situasiya və həbs olunmuş fəalların (siyasi məhbusların) azad edilməsi istiqamətində dövlət başçısı ilə görüş keçirmək üçün də çağırışlar edildiyini deyib.

“Siyasi məhbusların azad edilməsi yaranmış gərginliyin aradan qalxmasına ciddi təkan verər. İkincisi demokratik islahatlar məsələsinə başlamaq lazımdır. Bunun proqramı elan edilməlidir. Ən optimal hadisə isə bu ilki bələdiyyə, gələn ilki parlament seçkiləridir. Ciddi seçki islahatına ehtiyac var”.

P.Hüseyn mərkəzdə Milli Şuranın çoxsaylı üzvlərinin iştirak etdiyini bildirib. “Fikirləşirik ki, AXCP də mərkəzin işində iştirak edə bilər. Təkliflərimizi vermişik” , o qeyd edib.

Bununla yanaşı konfransda Müsavat Partiyası başqanı İsa Qəmbər ölkədə demokratiyanın durumunu “olduqca ağır və acınacaqlı” adlandırıb.

Ölkədə demokratiya sahəsində belə ağır durum yaranmasına səbəb kimi hakim rejimin mahiyyəti, müxalifətin istənilən səviyyədə fəaliyyət göstərə bilməməsi, həm də beynəlxalq qurumların demokratik hərəkata lazımi dəstək verməməsi göstərilib.

XS
SM
MD
LG