Accessibility links

“Azərbaycan” qəzeti Barak Obamanı tənqid edib


Azərbaycan qəzeti "Barak Obamanın ikiüzlülüyü" məqaləsini The New York Times qəzetinin "İlham Əliyevin iki üzü" məqaləsindən bir gün sonra dərc edib

Rəsmi “Azərbaycan” qəzeti (Milli Məclisin mətbu orqanı) ABŞ prezidenti Barak Obamanı kəskin tənqid edən redaksiya məqaləsi dərc edib.

“Obamanın ikiüzlülüyü” adlanan məqalədə deyilir ki, Obama ABŞ prezidenti seçilərkən verdiyi ümidləri doğrultmayıb və vədləri yerinə yetirməyib.

Məqalədə Foreign Affairs nəşrinin müəllifləri Finnemor və Farrelin məqaləsindən sitatlar gətirilib. Bu məqalədə Obama “ikiüzlü” adlandırılıb.

Sonra Vikiliks materiallarına isnad edilir: onlar sübut etdilər ki, ABŞ nəinki düşmən hesab etdiyi ölkələrin, hətta dost dövlətlərin rəhbərləri də daxil olmaqla yüksək vəzifəli şəxsləri izləyir, onların haqqında kompromatlar toplayır.

Bundan əlavə, ABŞ öz müttəfiqlərinin müdafiəsi ilə bağlı vədlərini yerinə yetirmir. Buna sübut kimi Misir prezidenti Hüsnü Mübarəkin taleyi göstərilir və Misir hərbçilərinin qanuni seçdikləri prezident Məhəmməd Mursinin taleyi xatırladılır.

Rəsmi "Azərbaycan" qəzetinin fikrincə, ABŞ Mübarək və Mursinin hakimiyyətini saxlamalıydı, çünki onlar Vaşinqtonun istənilən xahişini yerinə yetirirdilər. Lakin əslində isə həm H.Mübarək, həm də M.Mursi hakimiyyətinin devrilməsi planının arxasında ABŞ dururdu.

“Buna sübut odur ki, nə rəsmi Vaşionqton, nə də vaxtilə Dövlət Departamentində yüksək vəzifə tutmuş Devid Kramerin başçılıq etdiyi “Freedom House” təşkilatı Qahirə məhkəməsinin bir gündə “Müsəlman qardaşları” təşkilatının 500-dən artıq üzvü barəsində edam qərarı çıxarmasına münasibət bildirmədi”.

Prezidentlər İlham Əliyev və Brak Obama
Prezidentlər İlham Əliyev və Brak Obama

Sonra məqalədə deyilir ki, 2001-ci il 11 sentyabr terror hadisəsindən sonra Əfqanıstan, İraq, Yəmən, Tunis, Misir, Liviya, Suriyada baş vermiş hadisələr Amerikanın cavabı oldu. “Rəngli inqilablar”, “Ərəb baharı” bu ölkələrə bəlalar gətirdi.

Həmin ölkələrdəki hadisələr Avropaya və Ukraynaya keçdi. “Vaxtilə SSRİ-nin güclü və böyük potensiala malik respublikalarından biri olmuş Ukrayna məhz ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin səyləri nəticəsində indi vətəndaş qarşıdurması meydanına çevrilib”, məqalədə qeyd olunur.

Obamanın dövründə ABŞ-ın Azərbaycanla bağlı siyasəti kəskin qeyri-ardıcıllığı və anlaşılmazlığı ilə seçilir. Hər halda əvvəlki administrasiyalarda bu ölkədə kimin kim olduğu, kimin nəyə görə cavabdehlik daşıdığı bəlli idi. Söz deyilirdi, vəd verilirdi və heç olmasa, onların icrasına həqiqi cəhdlər göstərilirdi.

Ancaq B.Obama hakimiyyətə gəldikdən sonra ABŞ-ın Azərbaycanla bağlı prioritetləri “səhrada ilğım”ı xatırlatmağa başladı.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan əsas vasitəçilərdən biri kimi ABŞ ikili standartları dövlət siyasəti səviyyəsinə yüksəltdi. Obama Administrasiyası hətta M.Brayzanın Azərbaycana səfir təyin edilməsində belə aciz görünməyə çalışdı.

Zeyno Baran
Zeyno Baran

“ABŞ-ın bəzi dairələri Azərbaycanda müxtəlif hakimiyyət dəyişikliyi ssenariləri həyata keçirməyə can atdılar. ABŞ mediası və QHT-ləri Azərbaycana qarşı “qara piar” kampaniyasını günü-gündən şiddətləndirir. Bu ikiüzlülük və riyakarlığın səbəbini anlamaq mümkün deyil”, məqalədə vurğulanır.

Qəzet bunun səbəbini Obamanın İlham Əliyevlə “şəxsi incikliyində” görür.

Belə ki, 2009-cu ildə Obama İlham Əliyevi Türkiyə-Ermənistan sərhəddinin açılmasına razı salmaq üçün İstanbula dəvət etmişdi. Lakin İ.Əliyevin qətiyyətli iradəsi bu məkrli planı pozdu və o, Türkiyəyə getməkdən imtina etdi.

“Görünür, Barak Obama hələ də bu günə kimi Azərbaycan prezidentinə bunu bağışlaya bilmir”, - məqalədə deyilir.

Sonda belə nəticəyə gəlinir ki, dünyada qeyri-sabitliyə, müharibə və böhrana görə məsuliyyət dünya lideri roluna iddia edən, lakin bu rolu oynamaq iqtidarında olmayan ABŞ-ın üzərinə düşür.

Rəsmi "Azərbaycan" qəzetinin "Barak Obamanın ikiüzlülüyü" başlıqlı məqaləsi yanvarın 12-də The New York Times qəzetində “The Two Faces of Azerbaijan’s Mr. Aliyev ” - (Azərbaycan prezidenti İlham Əliyevin iki üzü") başlıqlı redaksiya məqaləsindən bir gün sonra dərc olunub.

The New York Times qəzetinin redaksiya məqaləsində prezident İlham Əliyevin mafioz xislətli xarakteri və onun apardığı avtoritar siyasət təsvir olunur.

Yazıda Prezident İlham Əliyevin ustalıqla müxtəlif obrazlara girdiyi və Qərbdə onun haqda ictimai rəyi çaşdırmağa çalışdığı bildirilir.

Baş məqalədə Vikiliksin İlham Əliyev barədə diplomatik yazışmadan sızdırdıığı fikir xatırladılır.

Göründüyü kimi rəsmi "Azərbaycan" qəzeti də redaksiya məqaləsi dərc edib, məqalənin başlıqları, yazılma stili və istinadları da təxminən paralellik təşkil edir.

Amma, ABŞ tətrəfi hələ rəsmi "Azərbaycan" qəzetinə cavab verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG