Accessibility links

Nils Mujnieks Hilal Məmmədovun işi ilə bağlı AİHM-ə müraciət edib


Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks
Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks

Bu gün Avropa Şurasının insan haqları üzrə Komissarı Nils Mujnieks “Hilal Məmmədovun Azərbaycana qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etdiyi yazılı qeydləri açıqlayıb.

Avropa Komissarı fikri ifadə azadlığı sahəsində sistematik nöqsanları, o cümlədən tənqidi səslərin məhkəmə təqibini, beynəlxalq təşkilatlarla Azərbaycanda insan hüquqlarının pozulması məsələləri üzrə əməkdaşlıq edənlərin cəzalandırıldığını qeyd edir.

“2012-ci və 2013-cü ildə müvəqqəti saxlama təcridxanasında tanış olduğum Hilal Məmmədovun hadisəsi Azərbaycanda jurnalistlərin, blogerlərin və hüquq müdafiəçilərinin məruz qaldığı repressiyaların rəmzidir. Onlar çox vaxt əsassız cinayət təqiblərinə məruz qalırlar.

Azərbaycanın öz öhdəliklərinə riayət etməsinin və fərqli düşüncənin mövcud olmaq və repressiya qorxusu olmadan ifadə olunmaq haqqı olduğu mühiti bərpa etməsinin vaxtı çatıb”, deyə Mujnieksin bəyanatında bildirilir.

Üçüncü tərəfin Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciəti (intervensiya) insan hüquqlarının müdafiəsini irəli çəkməyə kömək etmək üçün əlavə alətdir. Bu, Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulub.

Bu, maraq doğuran aspektlərlə bağlı məhkəməyə obyektiv və qərəzsiz informasiya verilməsini nəzərdə tutur.

“Bu günki intervensiya beş müraciətdən biridir, növbəti müraciətlərdə Avropa Komissarı AİHM-ə İntiqam Əliyevin, Rəsul Cəfərovun, Anar Məmmədlinin və Leyla və Arif Yunusların məhkəmə işləri üzrə materiallar təqdim edəcək”, deyə bəyanatda vurğulanır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG