Accessibility links

Yəməndən çıxmaq istəyən 9 azərbaycanlı Səna aeroportunda təyyarə gözləyir


Yəməndə yaşayan 9 azərbaycanlı Səna şəhərinin hava limanında ölkədən çıxarılmasını gözləyir.

Bu barədə APA agentliyinə Azərbaycanın Səudiyyə Ərəbistanında, eyni zamanda Yəməndə akkreditə olunan səfirliyinin konsulu Emil Qasımzadə məlumat verib.

Onun sözlərinə görə, martın 31-də onların “Türkiyə Hava Yolları” vasitəsilə Cibutiyə uçması təxirə salınıb.

“Təhlükəsizlik baxımından Səudiyyə Ərəbistanı buna icazə vermədi. Çünki təyyarə vurula bilərdi.

Bu gün Türkiyə tərəfi saat 12:00-da təkrar təyyarə göndərərək, onların Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə, daha sonra İstanbula uçacağını bildirmişdi. Lakin bu məsələ də Efiopiya tərəfinin icazəsi olmadığından qalıb. Hazırda 9 Azərbaycan vətəndaşı hava limanında gözləyir. Rusiya tərəfi də Azərbaycan vətəndaşlarının təxliyə edilməsi ilə bağlı kömək edə biləcəyini deyib. Lakin vətəndaşları çox olduğu üçün Rusiya əvvəlcə öz vətəndaşlarını, aprelin 4-də isə Azərbaycan vətəndaşlarını çıxarmağı planlaşdırır. Ya Türkiyə, ya da Rusiya vasitəsilə onların təxliyə olunması planlaşdırılır”.

Konsul bildirib ki, 9 nəfər konsulluq qeydiyyatında olmayan şəxslərdir və onlarla müxtəlif vasitələrlə əlaqə saxlanılıb. “Rəsmi konsulluq qeydiyyatında olan 3 soydaşımız onların arasında deyil. Onlar Ədən şəhərində yaşadıqları və orada sakitlik olduğu üçün çıxmaq istəmirlər”.

Emil Qurbanzadə bildirib ki, qeydiyyatda olmayan digər şəxslərlə bağlı səfirlikdə “qaynar xətt” fəaliyyət göstərir və onlar istənilən vaxt Yəməndən çıxmaqla bağlı müraciət edə bilərlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG