Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, gizir Şahmurad Əlizadə həlak olub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, gizir erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən həlak olub.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun məlumatına görə, 2015-ci ilin yanvar-mart aylarında Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 12 hərbi qulluqçu həlak olub.
Onlardan 8-i döyüş, 4 nəfəri isə qeyri-döyüş itkilər i olub.