Accessibility links

Bakıda Britaniya kraliçasının doğum günü münasibətilə qəbul keçirilib [Video]


Bakıda Britaniya kraliçasının doğum günü münasibətilə qəbul keçirilib
Bakıda Britaniya kraliçasının doğum günü münasibətilə qəbul keçirilib

Tədbirə dövlət rəsmiləri, deputatlar, səfirlər, idmançılar, icimai və siyasi xadimlər qatılıb

İyunun 10-da Bakıda Böyük Britaniya kraliçası II Yelizavetanın doğum günü münasibətilə qəbul keçirilib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquluyev, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, eləcə də bir çox ictimai və siyasi xadimlərinin qatıldığı tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq iki ölkə arasındakı əlaqələrdən danışıb.

“ Biz enerji, iqtisadiyyat, turizm, təhsil sahəsində əməkdaşlığımızı davam etdiririk və bu əməkdaşlığı daha da inkişaf etdirmək istəyirik”.

Bakıda Böyük Britaniya kraliçası II Yelizavetanın doğum günü münasibətilə qəbul keçirilib.
Bakıda Böyük Britaniya kraliçası II Yelizavetanın doğum günü münasibətilə qəbul keçirilib.

Daha sonra Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquluyev çıxış edib.

O, bildirib ki, Azərbaycan-Britaniya münasibətləri dərin köklərə malikdir, bu əlaqələrin tarixi XIX-XX əsrlərdən başlayır. Britaniya şirkətləri o zamandan Azərbaycan neftini dünya bazarlarına çıxarıblar. Azərbaycan və Birləşmiş Krallıq arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur.

Neft-qaz sahəsi əlaqələrdə xüsusi əhəmiyyət kəsb edir. Elm, təhsil və digər sahələrdə də əlaqələrin genişləndirilməsi önəmlidir.

Bakıda Böyük Britaniya kraliçası II Yelizavetanın doğum günü münasibətilə qəbul keçirilib.
Bakıda Böyük Britaniya kraliçası II Yelizavetanın doğum günü münasibətilə qəbul keçirilib.

Boks üzrə “London-2012” Olimpiya Oyunlarının qızıl medalçısı, dünya çempionatlarının üçqat gümüş medalçısı Nikola Adams “Bakı-2015” Avropa Oyunlarında iştirakından məmnunluğunu ifadə edib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) britaniyalı əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bakıda Böyük Britaniya kraliçası II Yelizavetanın doğum günü münasibətilə qəbul keçirilib
please wait

No media source currently available

0:00 0:00:30 0:00

Sonda tədbir iştirakçıları üçün bədii gimnastika üzrə performance göstərilib.

XS
SM
MD
LG