Accessibility links

Novruz Məmmədov Böyük Britaniya səfirinə cavab verib


Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov
Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Böyük Britaniyanın Bakıdakı səfiri İrfan Sıddıqə twitter hesabında cavab verib.

“Dünən mətbuatda heç bir çərçivəyə siğmayan bir informasiyaya rast gəldim. Birləşmiş Krallığın Azərbaycandakı səfiri Britaniya jurnalistlərinin akkreditasiya almamalarını biabırçılıq adlandırıb".

"Görünür, Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər. Təəssüf”, N.Məmmədov səfirin bəyanatına münasibət bildirib.

Bir gün öncə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq ölkəsindən olan jurnalistlərin Azərbaycana buraxılmamasına münasibət bildirib.

"Təəssüf ki, bəzi Britaniya jurnalistləri oyunları işıqlandırmaq üçün akkreditasiya almayıblar. Bəzi jurnalistlərin bu hadisənin bir hissəsi olmaq imkanından məhrum edilməsi biabırçılıqdır. Bütün bunların Azərbaycan üçün təəssüf doğuran yekunu olub. Jurnalistlərin buraxılmasından imtinanın niyyəti mənfi qiymətləndirmələrdən qaçmaq cəhdi idisə, nəticə tam zidd olub və bir çox mənfi materialların ortaya çıxmasına səbəb olub. Müxtəlif nöqteyi-nəzərlərin qəbul olunması güclü demokratiyanın ən mühüm cəhətlərindən biridir.

Azərbaycanın bütün KİV-ə və digər maraqlı tərəflərə Avropa Oyunlarında iştirak etmək və Oyunları müşahidə etmək üçün çıxış yaratması, bu tədbir haqqında öz fikirlərini sərbəst şəkildə bildirmək imkanı yaratması əhəmiyyətlidir”, o qeyd edib.

XS
SM
MD
LG