Accessibility links

Arif və Leyla Yunuslara qarşı cinayət işi məhkməyə göndərilir


Arif və Leyla Yunus
Arif və Leyla Yunus

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun cinayət işinin istintaqı yekunlaşıb. İyulun 2-də ittiham olunanların və vəkillərin cinayət işinin materialları ilə tanış olması başa çatıb. Cinayət işi bu gün məhkəməyə göndəriləcək.

Bu barədə vəkili Əfqan Məmmədov Amerikanın Səsinə bildirib.

Vəkilin cözlərinə görə, Arif Yunusa qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham başqa icraata ayrılıb. Cinayət işi Cinayət Məcvəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq) ilə məhkəməyə göndərilir.

“Cinayət işi ilə tanış olduqdan sonra bəraət barədə vəsatət qaldırdım, təmin etmədilər. Arif Yunus ittihamı qəbul etmir və gülünc sayır. O itthazma qol çəkməyib və ifadə verməyib”, vəkil qeyd edib.

Arif Yunus 2014-cü il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülmüşdü.

Leyla Yunus isə 2014-ci il iyulun 30-da həbs edilib. Ona qarşı da eyni ittihamlar və bir sıra iqtisadi ittihamlar irəli sürülüb. Bu günlərdə Leyla Yunusun da ittihamlarından dövlətə xəyanət ittihamı başqa icraata ayrılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG