Accessibility links

USAID Azərbaycana yeni direktor göndərib


USAİD
USAİD

Mikaela Meredis (Mikaela Meredith) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru qismində öz vəzifələrini icra etməyə başlayıb.

Bu barədə Amerikanın Səsinə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Bu vəzifəyə təyin olunmazdan əvvəl, xanım Meredis təşkilatın Vaşinqtondakı baş ofisində üç aparıcı vəzifədə çalışıb.

USAID-də çalışdığı 25 il ərzində o, Yaxın Şərq, Afrika və Şərqi Avropada müxtəlif vəzifələrdə işləyib.

Məlumatda deyilir ki, bu gün, USAID ,“Gələcəyə Baxış 2020” konsepsiyasının qarşıya qoyduğu məqsədlərə uyğun gələn proqramlar vasitəsilə Azərbaycan xalqına dəstəyini davam etdirir.

USAID-in proqramları Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafını və regional bazarlara inteqrasiyanı dəstəkləyir.

Həmçinin USAID vətəndaşları sosial-iqtisadi inkişaf məsələlərində yerli hakimiyyət orqanları ilə əməkdaşlıq etməyə həvəsləndirir. USAID qadınları qərar qəbuletmə proseslərinə və sahibkarlığa cəlb etməklə qadın məsələləri və onların səlahiyyətləndirilməsinə dair ictimai məlumatlılığı artırmağa çalışır.

Azərbaycan üzrə missiya direktoru kimi, xanım Meredis USAID-in Azərbaycanın prioritetlərinə dəstək verən bu proqramlara rəhbərlik edəcək.

“USAID-in inkişaf proqramlarının uğurları üzərində işi davam etdirməyə və hökumət tərəfdaşlarıyla hazırki əməkdaşlığı gücləndirməyə ümid edirəm” deyə xanım Meredis söyləyib.

1990-ci illərdən bəri USAID Azərbaycan xalqının həyatını yaxşılaşdırmaq məqsədilə 350 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG