Accessibility links

Minsk Qrupunun həmsədrləri səfərlərinin yekunları ilə bağlı bəyanat yayıb


ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa), həmçinin ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik 26-28 oktyabr tarixlərində regionda səfərdə olub.

Həmsədrlərin səfərin yekunları ilə bağlı bəyanatında deyilir ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli və digər əsas elementlərin müzakirəsi üçün həmsədrlərin təşkilatçılığı ilə ilin sonuna kimi görüş keçirilməsi barədə razılıqlarını təsdiqləyiblər.

“Biz prezidentlərə təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində zorakılığın təhlükəli olduğunu bildirdik. Mina və raket qurğuları kimi ağır texnikadan istifadə qəbuledilməzdir və dinc əhali üçün ciddi təhlükə yaradır. Biz itkilərə və günahsız insanlar arasında ölüm hallarına görə dərin təəssüf keçiririk və tərəflərin bu kimi zorakılıqların qarşısını almaq üçün addımlar atmasını gözləyirik”, bəyanatda bildirilir.

Həmsədrlər Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri, Yerevanda Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi ilə görüşdüklərini xatırladıblar.

“Biz sülh prosesinin ayrılmaz hissəsi kimi bu münaqişədən əziyyət çəkən tərəflər arasında dialoqu müdafiə edirik və ermənilərlə azərbaycanlıları bir araya gətirəcək proqramları dəstəkləyirik. Biz həmçinin, İrəvanda Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşdük və itkin düşmüş şəxslər barədə məlumat mübadiləsinin həyata keçirilməsini müzakirə etdik. Həmsədrlər tərəfindən təmas xəttinin ənənəvi keçilməsindən dərhal sonra müəyyənləşdirməyin mümkün olmadığı tərəfdən davamlı atəşin açılması ATƏT-in monitorinq xidmətinin əməkdaşlarını gizlənməyə məcbur etdi. Tərəflər monitorinq heyətinin təhlükəsizliyini təmin etmək öhdəliyini üzərlərinə götürüblər. Bu hadisə sülh yolu ilə həll üçün əldə olunmuş nailiyyəti sarsıtmaq üçün qəsdən edilmiş səyi əks etdirir. Bu, həmçinin ATƏT-in atəşkəs rejiminin pozulmasını araşdırmaq imkanı əldə etməsinin vacibliyini göstərir", sənəddə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG