Accessibility links

Leyla və Arif Yunusların apellyasiya şikayətinə məhkəmə istintaqı olmadan baxılacaq


Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)
Leyla Yunus (Foto Leyla və Arif Yunusların Facebook səhifəsindən götürülüb)

Noyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində Leyla və Arif Yunusların şikayətləri ilə bağlı ilkin baxış iclası keçirilib.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, müdafiə tərəfinin vəkilləri Leyla və Arif Yunuslar haqda seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatət verib. Digər vəsatət məhkəmənin qismən istintaqla aparılması haqqında olub.

Hakim vəsatətlərin heç birini təmin etməyib.

Növbəti məhkəmə prosesi noyabrın 12-ə təyin olunub.

Vəkil bildirib ki, məhkəmə zamanı Leyla Yunusun boyununda qançır izləri var idi. Ancaq səskeçirməz şüşə kamerada (akvarium) olduğu üçün danışmaq imkanı olmayıb.

Vəkil qançırların yaranma səbəbi ilə bağlı müvafiq orqanlara müraciət edib, bu məsələnin araşdırılmasını istəyəcək.

Səhhətlərinə gəldikdə isə Elçin Sadıqov görüşə bilmədiyini deyib.

“Onlar sadəcə bir-birlərinə sarılmışdılar. Heç nə demirdilər”, vəkil qeyd edib.

Oktyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində Leyla və Arif Yunusların apellyasiya məhkəməsi başlayıb. Həmin gün məhkəmə onların haqqındakı cinayət işinin tədqiq edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə geri göndərmişdi.

Elçin Sadıqov deyib ki, protokollarla bağlı müdafiə tərəfinin qeydlərinə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Ancaq hansı qərar çıxarılması barədə məlumat verilməyib. Həmin qərar hələ də vəkillərə təqdim olunmayıb.

Leyla və Arif Yunuslar 2015-i il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il yarım və 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Hər ikisi fırıldaqçılıq, qanunsuz sahibkarlıq, vergilərdən yayınmada ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı ayrıca icraata götürülüb.

Leyla və Arif Yunusları beynəlxalq "Amnesty International" təşkilatı vicdan məhbusu kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG