Accessibility links

ABŞ Azərbaycan və Ermənistanı sülh danışıqlarının davamı üçün atmosfer yaratmağa çağırıb


John Kirby
John Kirby

ABŞ Azərbaycan və Ermənistanı iki ölkə prezidentinin bu ayın sonunda ATƏT-in Minsk Qrupu tərəfindən hazırlanan görüşü ərəfəsində sülh danışıqlarının davam etdirilməsi üçün atmosfer yaratmağa çağırıb.

ABŞ tərəfləri “prezidentlərin görüşündə danışıqlar üçün atmosfer yaratmaq və zorakılığa yol verməmək üçün bütün tədbirləri görməyə çağırır”, - dekabrın 9-da Dövlət Departamentinin nümayəndəsi Con Kirbi brifinqdə bildirib.

“Zorakılığın eskalasiyası və ağır silahların tətbiqi yolverilməzdir. Biz tərəfləri atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq”, - o vurğulayıb? Bu yaxınlarda baş vermiş insidentlər zamanı həlak olanların ailələrinə başsağlığı verib.

“Biz həmçinin tərəflərə xatırladırıq ki, bu hücumlar Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiq olması ilə uyğun deyil”, cənab Kibri əlavə edib.

“Vaşinqton Türkiyə və Rusiya arasında gərginliyin artmasından narahatdırmı və bu, Qarabağda gərginliyin eskalasiyasına təsir edəcəkmi?” sualının cavabında Kirbi deyib.

“Məlumdur ki, biz hər iki halda gərginliyin eskalasiyasını görmək istəmirik və sağlam düşüncəli addımların atılmasını istəyirik”, o qeyd edib.

XS
SM
MD
LG