Accessibility links

Bahar Muradova: Azərbaycan ATƏT ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək


Bahar Muradova
Bahar Muradova

Yanvarın 24-25-də ATƏT Parlament Assambleyasının prezidenti Bakıya gəlir

Yanvarın 24-25-də ATƏT Parlament Assambleyasının prezidenti İlkka Kanerva Azərbaycana səfər edəcək.

Bu barədə jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Onun sözlərinə görə İ.Kanerva səfəri çərçivəsində Azərbaycan Parlamentində və digər rəsmi orqanlarda görüşlər keçirəcək.

Görüşlərdə ATƏT PA ilə münasibətlər, ATƏT -in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolu və digər məsələlər müzakirə olunacaq.

«Azərbaycan ATƏT ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək» deyə Bahar Muradova bildirib.

O, qeyd edib ki, Azərbaycanla ATƏT-in Parlament Assambleyası arasında heç bir problem yoxdur:

"Biz Azərbaycan tərəfi olaraq ATƏT ilə münasibətlərə hər zaman önəm vermişik. Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti yalnız həmin təşkilatlar üçün deyil, Azərbaycan üçün də vacibdir.

Buna görə də biz ATƏT ilə əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik. Düzdür, ATƏT PA-dan Azərbaycanda parlament seçkilərini müşahidə etməyə gəlmədilər, lakin ATƏT PA ilə Azərbaycan arasında heç bir problem yoxdur".

B.Muradova Azərbaycanın da öz mövqeyini bildirdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG