Accessibility links

Gəncə məhkəməsi Rəsulzadə ilə bağlı iddianı rədd edib


M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə

Gəncə şəhəri, Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının Milli Məclisin deputatı Naqif Həmzəyevə qarşı qaldırdığı iddia rədd edilib.

Bu barədə Amerikanın Səsinə Müsavat Partiyasının hüquqlarını müdafiə edən vəkil Nemət Kərimli bildirib.

Vəkil deyib ki, hakim Akif Zeynalov Müsavat Partiyasının “subyektiv hüququ olmadığı”na görə Məhəmməd Əmin Rəsulzadənin şərəf və ləyqaətini müdafiə iddiası qaldıra biməz" deyərək iddianı təmin etməyib. Vəkil Nemət Kərimli hakimin bu yanaşmasını əsassız adlandırıb.

Müsavat Partiyası deputat N.Həmzəyevi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə haqda fikirlərinə görə məhkəməyə verib. Partiya deputatın Rəsulzadəni təhqir etdiyini bildirib. Deputat isə bu iddiaları qəbul etmir.

Partiya məhkəmədən deputatın ölkə mətbuatında Azərbaycan xalqından və M.Ə.Rəsulzadənin ailə üzvlərindən üzr istəməsi barədə qətnamə çıxarılmasını istəyirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG