Accessibility links

Avropa Məhkəməsi Hilal Məmmədovun işi ilə bağlı qərarını açıqlayıb


Hilal Məmmədov
Hilal Məmmədov

Fevralın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Tolışi sədo” (Talışın səsi) qəzetinin redaktoru Hilal Məmmədovun şikayəti üzrə qərarını açıqlayıb.

Avropa Məhkəməsinin qərarına görə, jurnalistin mühakiməsi zamanı onun qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq (Avropa Konvensiyasının 3-cü maddəsi) hüququ pozulub. H.Məmmədov həbsdə olarkən vəkili Xalid Bağırov vəkillikdən uzaqlaşdırılıb. Avropa Məhkəməsi jurnalistin vəkilsiz buraxılması ilə onun fərdi şikayət vermək (Konvensiyanın 34-cü maddəsi) hüququnun pozulduğunu qərarında qeyd edib.

Məhkəmənin qərarına görə, Azərbaycan hökuməti jurnalistə mənəvi zərərə görə 13 min, hüquqi məsrəflərə görə isə 2500 avro ödəməlidir.

Qərarda qeyd olunur ki, 2012-ci ilin iyununda həbs edilmiş H.Məmmədov saxlanılan və polis idarəsinə aparılan zaman polis və mülki geyimli şəxslərin zorakılığına məruz qalıb. Onlar H.Məmmədovun etnik mənsubiyyətini təhqir ediblər.

Jurnalist Avropa Məhkəməsinə şikayətində Avropa Konvensiyasının 3-cü, 5-ci və 34-cü maddəsi ilə qorunan hüququnun pozuntusunun tanınmasını, dəymiş zərərin ədalətli əvəzinin kompensasiya edilməsini tələb edib.

H.Məmmədov 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. O, narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavətin qızışdırılmasında ittiham olunub

“Amnesty İnternational” H.Məmmədov “vicdan məhbusu” kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG