Accessibility links

Məhkəmə Leyla və Arif Yunusların xaricə müalicəyə getməsinə icazə verməyib


Nepal
Nepal

Bakının Yasamal rayon Məhkəməsi hüquq müdafiəçiləri Leyla və Arif Yunusların müalicə üçün xaricə getməsinə icazə verməyib.

Bu haqda Yunusların vəkili Elçin Sadıqov öz facebook səhifəsində yazıb.

Vəkilin yazdığına görə, Leyla Yunus xroniki hepatit, arterial hipertenziya və şəkərli diabet xəstəliklərindən əziyyət çəkir. Bundan başqa, öd kisəsindəki daş pankreatit fəsadlarla şiddətli qarın ağrılarına səbəb olur. Bu da xəstənin təcili əməliyyat olunması zərurəti yaradıb. Arif Yunus isə həyati təhlükəli arterial hipertenziya və boyun nahiyəsində ağrılardan əziyyət çəkir.

Ekspert rəyinə əsasən, Yunusların yüksək ixtisaslaşmış xəstəxana şəraitində müalicəsinə ehtiyac var.

Barələrindəki məhkəmə hökmü ölkə hüdudlarından kənara çıxmalarına icazə vermədiyindən Yunuslar Yasamal rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Məhkəmə fevralın 11-də ərizəni rədd edib.

Vəkil məhkəmənin qərarının qanunsuz olduğunu, apellyasiya şikayəti verəcəklərini bildirib.

Leyla Yunus və həyat yoldaşı Arif Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunaraq həbs edilmişdilər. Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi isə Yunusların azadlıqdan məhrumetmə cəzalarını 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edərək, onları sərbəst buraxıb.

XS
SM
MD
LG