Accessibility links

Avropa məhkəməsi Azərbaycanla bağlı daha iki qərarını açıqlayıb


Avropa məhkəməsi
Avropa məhkəməsi

Fevralın 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı iki qərarını elan edib.

Avropa məhkəməsinin rəsmi sayıtna görə, İlham Hüseynli, Elçin Səlimov və İbrahim Əhmədzadə adlı şikayətçilər 2011-ci ildə martın 31-i və aprelin 2-də Bakıdakı etiraz aksiyalarında iştirak etdiklərinə görə saxlanılıb. Onlar qaba rəftara məruz qalıb və inzibati qaydada həbs ediliblər. Yerli məhkəmələr onların şikayətlərini təmin etməyib.

Qərara əsasən, hökumət hüquqları pozulan gənc fəallara 83 min 600 avro ödəməlidir. Bundan başqa, şikayətçilər barəsində yerli məhkəmələrin çıxardığı qərarları ləğv edib yenidən araşdırmalıdır.

Ərizəçilər Avropa Məhkəməsinə şikayətlərində birləşmək (maddə 11), ədalətli məhkəmə araşdırması (maddə 6), azadlıq və toxunulmazlıq (maddə 5) hüquqlarının pozulmasının tanınmasını, dəymiş zərərin kompensasiya edilməsini xahiş edib.

Bu işdə Avropa Məhkəməsi ərizəçilərin birləşmək, ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq hüquqlarının pozuntusunu tanıyıb. Məhkəmə qərarına əsasən, hökumət 3 ərizəçinin hər birinə 12 min avro (cəmi 36 min avro), hüquqi məsrəflərə görə isə cəmi 6 min avro ödəməlidir.

İkinci iş isə şikayətçilər gənc fəallar Ağasif İbrahimov, Emin Fərhadi və Cəmil Hacıyevdir.

Şikayətdə deyilir ki, 2011-ci ilin mayında "Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi" adından Bakıda etiraz aksiyası keçirmək istəyiblər. Polis onların planlaşdırdığı aksiyanı zorla dağıdıb. İnzibati qaydada həbs edilən fəallara vəkilə çıxış imkanı verilməyib.

Avropa Məhkəməsi bu işdə də hesab edib ki, ərizəçilərin birləşmək, ədalətli məhkəmə, azadlıq və toxunulmazlıq hüquqları pozulub. Məhkəmə bu işdə ifadə azadlığı hüququnun pozuntusunu tanımayıb. Məhkəmə qərarına görə, hökumət ərizəçilərin hər birinə 12 min avro (cəmi 36 min avro), hüquqi məsrəflərə görə isə 5 min 600 avro ödəməlidir.

Qərarlar Azərbaycan hökuməti şikayət verməzsə 3 ay sonra qüvvəyə minəcək.

Son zamanlar Avropa Məhkəməsində Azərbaycanla bağlı çıxarılan qərarların sayı xeyli artıb. Beynəlxalq məhkəmə 2015-ci ildə Azərbaycanla bağlı hüquqların pozuntusunu tanıyan 30 qərar qəbul edib. 2014-cü ildə belə qərarların sayı 11 olub.

Avropa Məhkəməsi 2016-cı ildə Azərbaycanla bağlı ilk qərarını fevralın 4-də elan edib. Məhkəmə həmin qərarında jurnalist Hilal Məmmədovun hüquqlarının pozuntusunu tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG