Accessibility links

Türkiyə və Azərbaycan terrorizmə qarşı mübarizə məsələlərini müzakirə edib (Yenilənib)


Azərbaycan və Türkiyə xarici işlər nazirləri birgə mətbuat konfransı keçirib

Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin - Elmar Məmmədyarov və Mövlud Çavuşoğlunun birgə mətbuat konfransı olub.

Məmmədyarov Ankaradakı terror aktı ilə əlaqədar Mövlud Çavuşoğluna və Türkiyə xalqına başsağlığı verib.

Türkiyənin XİN M.Çavuşoğlu Bakıda
Türkiyənin XİN M.Çavuşoğlu Bakıda

O, ikitərəfli görüşdə nəqliyyat, iqtisadiyyat, regiondakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının müzakirə edildiyini bildirib.

Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Türkiyənin Azərbaycanı tam dəstəklədiyini deyib.

"Biz bu məsələdə birgə fəaliyyət göstəririk. Fevralın 26-da Xocalı faciəsinin növbəti ildönümünü qeyd edəcəyik. Bu soyqırımı törədənləri lənətləyirik", o qeyd edib.

Türkiyə xarici işlər naziri həmçinin fevralın 19-da Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşünun olacağını deyib.

"Biz Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi üzrə işlərin gedişi ilə yerində tanış olacağıq".

"Bizim mövqeyimiz açıq və aydındır. Biz terrorun bütün forma və təzahürlərini qınayırıq. Terror qurbanlarının ailələrinə başsağlığı veririk, yaralananlara ən qısa zamanda şəfa tapmağı arzulayırıq", E.Məmmədyarov Ankarada baş verən terror hadisəsindən danışarkən bildirib.

Onun sözlərinə görə, Ankarada törədilən terror aktı ilə əlaqədar fevralın 18-də Bakıda keçirilməsi nəzərdə tutulan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası təxirə salınıb.

“Amma yaxın gələcəkdə biz yenidən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını keçirəcəyik”, Məmmədyarov qeyd edib.

Türkiyə xarici işlər naziri terrora qarşı mübarizədə Türkiyəni dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib.

Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu
Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu

"Terrorizmlə mübarizədə birlikdə olmalıyıq. Biz PKK, YPG, PYD kimi terror təşkilatları arasında fərq qoymuruq və onlarla mübarizə aparırıq. Terrorizmə qarşı mübarizədə Azərbaycanla heç bir fikir ayrılığımız yoxdur. Azərbaycan terrorizmə qarşı mübarizədə Türkiyənin mövqeyini bölüşür", Çavuşoğlu bildirib.

Nazir deyib ki, hazırda Ankarada törədilən terror aktı ilə əlaqədar araşdırmalar gedir.

“Hər bir dövlət öz ərazisini terror təşkilatlarından təmizləmək hüququna malikdir”.

Elmar Məmmədyarov isə Azərbaycanın İslam antiterror koalisiyasına qoşulması ilə bağlı məsələni nəzərdən keçirdiyini bildirib..

Onun firkincə, koalisiyaya qoşulmaq üçün yalnız Xarici İşlər Nazirliyinin yox, bir neçə nazirliyin fikri zəruridir.

"Ona görə də başqa nazirliklərlə birgə bu koalisiyada iştirak formamızı ətraflı müzakirə etmək lazımdır", E.Məmmədyarov bildirib.

***

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda səfərdədir. O bu gün prezident İlham Əliyev və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Çavuşoğlu Twitter səhifəsində terrora qarşı mübarizədə Türkiyəyə dəstək verdiyinə görə Azərbaycan prezidentinə təşəkkür etdiyini yazıb.

Türkiyənin XİN M.Çavuşoğlu və Azərbaycan prezidenti İlham Əliyev
Türkiyənin XİN M.Çavuşoğlu və Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti isə Twitter səhifəsində iki ölkə naziri arasında təkbətək görüşün olduğunu bildirib.

Səfərin və görüşün detalları ilə bağlı hələ məlumat verilmir.

Fevralın 19-da Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü olacaq. Nazirlər üç ölkənin regionda iş birliyinin daha da genişləndirilməsi, bundan öncəki toplantıların qərarlarının yerinə yetirilməsi vəziyyətini və təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG