Accessibility links

Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı olub


Prezident İlham Əliyev və prezident Vladimir Putin
Prezident İlham Əliyev və prezident Vladimir Putin

Fevralın 25-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, dövlət başçıları ticarət-iqtisadi əməkdaşlığa dair aktual məsələləri, beynəlxalq gündəmdə olan mövzuları müzakirə ediblər.

Bundan başqa Suriya münaqişəsinin nizamlanması barədə fikir mübadiləsi aparılıb, Suriyada atəşkəsin tətbiqinə dair Rusiya və ABŞ arasındakı razılığın həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Öz növbəsində Azərbaycan prezidentinin rəsmi saytı bildirir ki, prezident İlham Əliyev Rusiya prezidentinə telefonla zəng edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Rusiya arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Prezident Əliyev və prezident Putin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq və beynəlxalq gündəliyə dair bir sıra aktual məsələləri müzakirə ediblər.

Dövlət başçıları Suriya probleminin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi apararaq, Suriyada hərbi əməliyyatların dayandırılması haqqında Rusiya və ABŞ-ın birgə bəyanatının həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Məlumatda deyilir ki, telefon söhbəti zamanı təmasların davam etdirilməsi barədə razılıq əldə edilib.

Vladimir Putin və İlham Əliyevin telefon danışığı fevralın 24-də Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya bu ölkənin Ermənistana 200 milyon dollar dəyərində silah, hərbi texnika və sursat satacağı ilə bağlı Saziş bağlamasına etiraz notasından bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG