Accessibility links

Dövlət Departamenti İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayır


John Kirby
John Kirby

İntiqam Əliyev barəsində 5 il şərti cəza müəyyən edilməklə azadlığa buraxılması barədə qərar qəbul edilib

ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi Azərbaycanda tanınmış hüquqşünas İntiqam Əliyevin azadlığa buraxılması ilə bağlı bəyanatla çıxış edib.

“ABŞ insan hüquqları sahəsində hüquqşünas İntiqam Əliyevin şərti azadlığa buraxılması barədə Azərbaycan Ali Məhkəməsinin qərarını alqışlayır.

Bu, martın 17-də onlarla digər şəxsin azadlığa buraxılmasından sonra baş verib. Biz hökuməti öz fundamental azadlıqlarını həyata keçirməyə görə həbs olunan digər şəxsləri azad etməyə və artıq azad olunanların üzərindən sərbəst hərəkət məhdudiyyətini götürməyə çağırırıq. Biz digər əlavə müsbət addımlara nail olmaq üçün Azərbaycan hökumətilə işi davam etdirmək niyyətindəyik”, - bəyanatda vurğulanıb.

İntiqam Əliyev
İntiqam Əliyev

Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə iclası keçirilib.

Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən plenum iclasında kassasiya protestini baş prokurorun müavini Namiq Əsgərov müdafiə edib.

Plenum kassasiya protestini təmin edib.

Cinayət məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla İntiqam Əliyevin barəsində olan cəza şərti hesab olunub və onun barəsində 5 il şərti cəza müəyyən edilməklə azadlığa buraxılması barədə qərar qəbul edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG