Accessibility links

Azərbaycanlı Amerikalılar Konqresi BMT-nin qarşısında aksiya keçirib


BMT-nin qarşısında aksiya
BMT-nin qarşısında aksiya

Azərbaycanlı Amerikalılar Konqresi və Nyu Yorkun azərbaycanlı icması aprelin 8-də BMT baş qərargahı qarşısında Dağlıq Qarabağdakı təmas xəttində aprelin 1-dən başlayan silahlı qarşıdurmalarla bağlı aksiya keçiriblər.

Azərbaycanlı Amerikalılar Konqresindən Amerikanın Səsinə verilən məlumata görə aksiya zamanı “Ermənistan Qarabağ Azərbaycanındır”, “Ermənistan Azərbaycan Torpaqlarından çıx”, “Ban Ki Mun 1 milyon qaçqınla bağlı səsini çıxar”,"BMT qətnamələrinə əməl edin” və s kimi şüarlar səsləndirilib.

BMT-nin qarşısında aksiya
BMT-nin qarşısında aksiya

Azərbaycanlı Amerikalılar Konqresinin aksiya keçirməsinin əsas məqsədi Qarabağ probleminə BMT-nin diqqətini çəkmək idi. BMT-nin qəbul etdiyi qətnamələrə əməl olunmasını və 1 milyona yaxın Azərbaycanlı qaçqının pozulmuş hüquqlarının bərpa olunmasına tələb etməkdi.

BMT-nin qarşısında aksiya
BMT-nin qarşısında aksiya

"BMT işçiləri gəlib gedirdi, baxırdılar, oxuyurdular, bir neçə jurnalist gəlib sual-cavab edirdi. Pakistanlılar da var idi. Bizə qoşulmuşdular.Öz bayraqlarını verdilər” deyə AAK-nin İdarə heyətinin üzvü Emil İsmayıl deyib.

BMT-nin qarşısında aksiya
BMT-nin qarşısında aksiya

Aprelin 1-dən başlayaraq cəbhədə atəşkəs ardıcıl pozulmağa başlayıb. Döyüşlərdə hər iki tərəf itkilər verib. Aprelin 5-i saat 12:00-dan etibarən tərəflər əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə etmişdilər.

Azərbaycanın ittihamlarına cavab olaraq erməni tərəfi də Azərbaycanı işğalçı kimi təqdim edir.

Ermənistan mediası öz növbəsində Azərbaycan silahlı qüvvələrinin mülki yaşayış məntəqələrini atəşə tutduğunu bildirir. Azərbaycan Müdafiə Nazirliyi təktərəfli atəşkəs elan etdiyini desə də, erməni tərəfi bu məlumatın informasiya tələsi olduğunu bəyan edib.

Nəzərinizə çatdıraq ki, ABŞ Dövlət Departamenti cəbhə bölgəsindəki son atəşkəs pozuntularını pisləyib. Dövlət Departamentinin bəyanatında tərəflər atəşkəsi bərpa etməyə çağırılıb.

XS
SM
MD
LG