Accessibility links

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan hərbiçisini axtarır


Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Aprelin 2-dən 5-dək cəbhənin təmas xəttində baş vermiş toqquşmalar zamanı həlak olan Ermənistan hərbçisinin meyiti aşkarlanaraq aralıq ərazidən çıxarılıb.

Bu barədə xəbəri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yayıb.

Məlumatda bildirilir ki, bu haqda aidiyyəti olan beynəlxalq təşkilatlar məlumatlandırılıb. Hazırda isə bir Azərbaycan hərbçisinin sonrakı taleyinin aydınlaşdırılması üçün axtarış işləri davam etdirilir.

Aprelin 8-də və 9-da tərəflər döyüş meydanından Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in vasitəçiliyi ilə meyitlərin çıxarılmasına başlayıb.

Aprelin 10-da isə yenə beynəlxalq qurumların vasitəçiliyi ilə tərəflər nəzarət etdikləri ərazilərdə qalan meyitləri bir-birlərinə qaytarıb. Ancaq Azərbaycan Müdafiə Nazirliyi bu prosesdə neçə meyiti qaytardığını, neçəsini isə geri alındığını açıqlamırdı.

Aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində keçirilən hərbi əməliyyatlarda hər iki tərəf itki verib.

Ötən həftə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı Azərbaycanın döyüşlərdə 31 hərbçi itirdiyini bildirib. Amma bəzi KİV və sosial şəbəkələrdə yayılan müxtəlif siyahılarda daha çox adamın həlak olduğu iddia edilir. Hətta müxalifət partiyaları aprelin 12-də keçirdikləri tədbirdə Azərbaycanın son günlər 90-dan çox itki verdiyini söyləyiblər.

Müdafiə Nazirliyi, hələlik bu iddialara rəsmi münasibət bildirməyib.

Aprelin 5-i saat 12:00-dan hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilsə də, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG