Accessibility links

Xarici işlər naziri BMT-yə Ermənistanın atəşkəsi pozması barədə məktub göndərib


Hikmət Hacıyev
Hikmət Hacıyev

"BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu ərəfəsində və forumun keçirildiyi dövrdə Ermənistan Silahlı Qüvvələri tərəfindən qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin, ərazidə sıx yaşayan mülki insanların və obyektlərin ağır atəş vasitələri, o cümlədən D-30 haubitsaları və beynəlxalq konvensiyalarla qadağan olunmuş silah növləri ilə atəşə tutmulması davam edib. Ermənistanın bu əməlləri nəticəsində, xüsusilə Tərtər rayonunda özəl və dövlət mülkiyyətinə ciddi ziyan dəyib.

Bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Ermənistan Silahlı Qüvvələrinin təxribatçı əməlləri nəticəsində cəbhə xəttində baş vermiş gərginlik və insidentlərlə bağlı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən BMT-nin baş katibi Pan Gi Mun, Təhlükəsizlik Şurasının sədri Liu Jieyi və ATƏT Daimi Şurasının sədri Pol Eberharda müvafiq məktublar ünvanlanıb. Ermənistanın davam etməkdə olan təxribat əməlləri ilə əlaqədar Azərbaycan Respublikasının BMT və ATƏT yanında nümayəndəlikləri tərəfindən üzv dövlətlərə əlavə məlumatlar verilib", Hikmət Hacıyev qeyd edib.

Mətbuat kstibi bildirib: "Xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən ünvanlanmış məktublarda və BMT və ATƏT yanında Nümayəndəliklərimiz tərəfindən yayılmış məlumatlarda Ermənistan tərəfinin 5 aprel tarixində Moskvada Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərərgah rəisləri arasında əldə olunmuş atəşkəsin pozmasına diqqət çəkilib, Ermənistanın qoşunların təmas xəttinə əlavə hərbi qüvvə və silahlar cəlb edərək, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlı mülki əhalini ağır artilleriya və iri çaplı silahlardan atəşə tutduğu qeyd edilib".

"Məktubda nazir Elmar Məmmədyarov Ermənistan Silahlı Qüvvələrinin təxribatçı əməllərinin ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi diplomatik səylərə zərbə vurduğunu xüsusilə qeyd edərək, beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərini, həmçinin 5 aprel tarixində əldə edilmiş atəşkəsi pozduğu üçün kəskin qınamağa, sözügedən atəşkəslə bağlı üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyi və öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı tələb etməyə çağırıb”, o vurğulayıb.

XS
SM
MD
LG