Accessibility links

Diplomatlar cəbhə bölgəsinə gedib


Xarici İşlər Nazirliyi diplomatların müharibənin humanitar nəticələrini yerində görməsini istəyir

Azərbaycan Xarici İşlər Nazirliyi mayın 6-da ölkədə akreditə olunan diplomatik korpusların nümayəndələrinin cəbhə zonasına səfərini təşkil edib.

Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələri qoşunların təmas xətti boyunca iri çaplı minaatanlar, ağır artilleriya və toplardan istifadə etməklə təmas xəttinə yaxın kəndlərdə sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqeləri intensiv atəşə tutulub.

“Dəymiş ziyanın humanitar və sosial nəticələri ilə yerində tanış olmaq məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətinə səfəri təşkil olunub.

Diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri də qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdiyi ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir”, məlumatda qeyd edilir.

Xatrırladaq ki, bu ilin aprelində cəbhədə aktiv döyüşləır olub. Hər iki tərəf onlarla hərbiçisini itirib. Aprelin 27-28-də isə erməni tərəfi Azərbaycanın mülki əhali yaşayan məntəqələrini artilleriya və raket atəşinə tutub. Nəticədə 2 mülki vətəndaş ölüb, 8 nəfər yaralanıb, 100-dən çox ev, o cümlədən sosial obyektlər, məktəb, ferma dağılıb.

XS
SM
MD
LG