Accessibility links

Mariya Zaxarova: Minsk Qrupunun həmsədrlərinin görüşü yaxın həftələrdə keçirilə bilər


Moskva Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinə yardım etməyə hazır olduğunu təsdiq edir, bu mövzu gündəlikdən çıxmır.

Bu barədə mayın 6-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Biz dəfələrlə qeyd etmişik ki, Dağlıq Qarabağın taleyi danışıqlar yolu ilə həll edilməlidir", o bildirib.

"ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrləri ilə birlikdə beynəlxalq vasitəçi kimi tərəflərə əlimizdən gələn yardımı göstərməyə hazır olduğumuzu təsdiq edirik", deyə TASS agentliyi Zaxarovadan sitat gətirir.

"XİN-in, nazirlik rəhbərliyi səviyyəsində əlaqələrin gündəliyindən bu mövzu çıxmır, bu zaman kəsiyində ona üstün diqqət yetirilir", Zaxarova bildirib.

Dağlıq Qarabağ üzrə Minsk Qrupu həmsədrlərinin görüşü yaxın həftələrdə keçirilə bilər, XİN nümayəndəsi ATƏT MQ həmsədrlərinin iştirakı ilə görüş keçirilməsi ehtimalını şərh edərkən bildirib.

"Belə bir mümkün görüş hazırda hazırlanır, görüşün keçirilməsi və dəqiq tarixi haqqında hələlik qərar qəbul olunmayıb, - deyə o qeyd edib.

"Lakin görüş kifayət qədər fəal şəkildə hazırlanır. Söhbət yaxın həftələrdən gedir. Lakin format haqqında danışmaq hələ tezdir", deyə o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG