Accessibility links

Vəkil Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri Vəli Ələsgərova qarşı işgəncələrin dayandırıldığını deyir


Vasif Talıbov və Vəli Ələsgərov
Vasif Talıbov və Vəli Ələsgərov

«Ləğv edilmiş Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri Vəli Ələsgərova qarşı işgəncələr dayandırılıb».

Bunu Azadlıq Radiosuna V.Ələsgərovun vəkili Vüqar Xasayev bildirib.

Vəkilin dediyinə görə, bu məsələ ictimailəşdirildikdən sonra bütün qanunsuzluqlara son qoyulub: «İnternet vasitəsilə hər gün əlaqə saxlayırıq. İstintaq hərəkətləri olacaqsa, o zaman müdafiə etdiyim şəxslə canlı təmasa ehtiyac olacaq. Hələlik elə bir ehtiyac yaranmayıb».

Vüqar Xasayev ölkə prokurorluğuna müraciət etdiklərini də söyləyib.

«Bizim müraciətimizdə göstərilir ki, bu cinayət işi Naxçıvan prokurorluğundan alınaraq Baş Prokurorluğun bölmələrindən birinə tapşırılmalıdır. Artıq müraciətimiz Baş Prokurorluğa çatıb və onların reaksiyasını gözləyirik».

Vəkilin sözlərinə görə, V.Ələsgərov martın 7-də həbs edilib. Martın 29-da həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib: «Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 308.1 (qulluq mövqeyindən istifadə etmə) və 309.1 maddələri (vəzifə səlahiyyətlərini aşma) ilə cinayət işi açılıb. Ancaq müdafiə etdiyim şəxs bu ittihamların hamısını rədd edir».

Vüqar Xasayev bundan əvvəl bildirmişdi ki, keçmiş nazir istintaq prosesində təhqir və işgəncələrə məruz qalır.

V.Ələsgərovun özünün də Naxçıvan Muxtar Respublikası milli təhlükəsizlik naziri işləyərkən adı hüquq müdafiəçilərinin və sıravi vətəndaşların təqibi ilə bağlı sıx-sıx hallanırdı.

Həm Naxçıvan Muxtar Respublikasında, həm də Bakıda hakimiyyət orqanları həbsxana və təcridxanalarda işgəncələrin olması ilə bağlı iddiaları qəbul etmirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG