Accessibility links

Hava nəqliyyatı haqqında ABŞ-Azərbaycan sazişi təsdiq edilib


Azərbaycan prezidenti hökumətlərarası sənədi imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Hökuməti ilə ABŞ Hökuməti arasında hava nəqliyyatı haqqında” sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

“Azərbaycan ilə Amerika Birləşmiş Ştatları Hökumətləri arasında hava nəqliyyatı haqqında” saziş 2016-cı il aprelin 6-da Bakı şəhərində imzalanıb. Sazişi Azərbaycan tərəfindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov, Amerika Birləşmiş Ştatları tərəfindən isə bu ölkənin Azərbaycandakı səfiri Robert Sekuta imzalayıb.

Saziş ikitərəfli əlaqələrin inkişafında Azərbaycan və ABŞ-ın aviaşirkətləri üçün bütün məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək.

XS
SM
MD
LG