Accessibility links

Fransa Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünü təşkil etməyə hazırdır


ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi Fransa Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 20 iyun görüşünün nəticələrini alqışlayır.

Bu barədə Fransa səfirliyindən Amerikanın Səsinə daxil olan məlumatda deyilir.

Sənəddə qeyd olunur ki, münaqişənin nizamlanmasına yalnız ardıcıl və davamlı dialoq əsasında nail olmaq olar.

ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşılıqlı inam tədbirlərinin reallaşması və hərtərəfli nizamlanmaya nail olmaq üçün səylərini davam etdirmək niyyətindədir.

Fransa ATƏT-in Minsk Qrupunda həmsədr ölkə kimi Azərbaycan və Ermənistan liderlərinin yeni görüşünü təşkil etməyə hazırdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG