Accessibility links

Ceyms Uorlik: ABŞ münaqişənin nizamlanmasına kömək etməyə hazırdır


Ceyms Uorlik
Ceyms Uorlik

ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla danışıqlar aparıb.

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" səhifəsində yazıb.

C.Uorlik yazıb ki, tərəflər hərbi yolu qəbul etmirlər və danışıqlara sadiqdirlər.

"ABŞ münaqişənin nizamlanmasına kömək etməyə hazırdır", Uorlik qeyd edir.

İyulun 7-də ABŞ və Rusiya prezidentləri Barak Obama və Vladimir Putin telefon danışığı zamanı Dağlıq Qarabağ probleminə toxunub.

Ağ Evin məlumatına görə, Barak Obama telefon danışığı zamanı Vladimir Putinin 20 iyunda Azərbaycan dövlət başçısı İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan ilə Dağlıq Qarabağ münaqişəsinin həlli səylərinə dair görüşünü gündəmə gətirib.

Obama Putinə Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həll yolunun tapılması üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq Rusiya və Fransa ilə birlikdə səylərini artırmağa hazır olduğunu bildirib.

Obama Putinə Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həll yolunun tapılması üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq Rusiya və Fransa ilə birlikdə səylərini artırmağa hazır olduğunu bildirib.

Bu il aprelin əvvəlində Ermənistan-Azərbaycan cəbhəsində baş verən qanlı döyüşlərdə onlarla insan həyatını itirib. Döyüşlərdən sonra Rusiyanın təşəbbüsü ilə cəbhədə hərbi əməliyyatlar dayandırlıb. Bundan sonra danışıqlarda intensivlik hiss edilməkdədir. Azərbaycan və Ermənistran prezidentləri ABŞ-ın təşəbbüsü ilə Vyanada və Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşüb. Buna baxmayaraq hər hansı danışıqlarda irəliləyiş qeydə alınmayıb. Azərbaycan tərəfi erməni qoşunlarının beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən şıxarılmasını tələb edir. Erməni tərəfi isə hələ də Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayona nəzarəti əlində saxlayır.

XS
SM
MD
LG