Accessibility links

Türkiyədə ordu iqtidarı devirməyə cəhd göstərir


İstanbul və Ankarada ordu iqtidarı devirməyə cəhd göstərir
İstanbul və Ankarada ordu iqtidarı devirməyə cəhd göstərir

Prezident Ərdoğan verdiyi açıqlamada hadisələrə görə məsuliyyət daşıyanların cəzalandırılacağını deyib

Bu dəqiqələrdə İstanbul və Ankarada ordunun iqtidarı devirməyə cəhd göstərdiyi haqda məlumatlar verilir.

CNN Türk telekanalı paytaxt Ankarada girovların götürüldüyü haqda xəbər verib. Onlarn silahlı qüvvələrinin baş qərargahında saxlandığı deyilir.

Dövlətə məxsusu Anadolu xəbər agentliyi ordu qərargahaları başçısının saxlanılanlar arasında olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Erdoğan CNN Türk telekanalı ilə Skype vasitəsilə müxbirlərin suallarını cavablandırıb və hadisələrə görə məsuliyyət daşıyanların cəzalandırılacağını deyib. O, xalqı küçələrə çıxmağa çağırıb.

CNN xəbər verir ki, Silahlı Qüvvələrin qərargahında silah səsləri eşidiib. Havaya qalxan helikopterin də atəş açdığı bildirilir.

Ordu sakinlərə küçəyə çıxma qadağası qoysa da, ölkə televiziyasının canlı yayımında küçədə sakinlər görünür.

Atatürk və Sabiha Gökçen hava limanlarında bütün uçuşlar dayandırıb.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Prays Obamanın milli təhlükəsizlik komandasının onu Türkiyədə vəziyyətlə bağlı məlumatlandırdığını deyb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG