Accessibility links

Beynəlxalq ictimaiyyət Azərbaycanda həbsləri pisləyir


HRHN
HRHN

Mənzil-qərargahı Osloda yerləşən Beynəlxalq İnsan Hüquqları Evləri Şəbəkəsi Azərbaycanda konstitusiyaya düzəlişlərlə bağlı referendum ərəfəsində fəalların həbsinə görə narahatlığını bildirib.

Təşkilatın bəyanatında deyilir ki, son günlər bir neçə fəal – Natiq Cəfərli, Toğrul İsmayılov, Bəxtiyar Hacıyev və Elgiz Qəhrəmanlı saxlanılıb.

İnsan Hüquqları Evləri Şəbəkəsi Azərbaycan hakimiyyətini müxalifətin və referendum əleyhdarlarının qorxudulmasına son qoyulmasına çağırır.

Təşkilat həmçinin Avropa Şurasını Azərbaycandan demokratiya və insan hüquqları sahəsində öz öhdəliklərinə əməl etməyi, referendum ərəfəsində vətəndaşların ictimai həyatda fəal iştirakını, ifadə və toplaşma azadlığını təmin etməyi tələb etməyə çağırıb.

İnsan Hüquqları Evləri Şəbəkəsi xatırladır ki, referenduma çıxarılan düzəlişlər prezidentin səlahiyyətlərinin 5 ildən 7 ilədək uzadılmasını, vitse-prezident postunun yaradılmasını nəzərdə tutur. Bundan əlavə, düzəlişlər toplaşma azadlığı və mülkiyyət hüquqlarının məhdudlaşdırılmasını, eləcə də Azərbaycan vətəndaşlığından məhrumetmə imkanlarının yaradılmasını nəzərdə tutur.

“Referendum zamanı hər bir vətəndaşın öz fikrini azad və təhlükəsiz şəkildə ifadə etmək imkanları olmalıdır. İctimai həyatda iştirak hüququ hökumətin təklifləri ilə razılaşmamağı da nəzərdə tutur.

Xalqa həqiqi ictimai müzakirələr aparmaq üçün imkanlar yaradılmalıdır.

Lakin əksinə olaraq biz vətəndaş cəmiyyətinə və müxalifətə qarşı yeni təzyiq dalğasının başlandığını görürük ki, bu da referendumla birbaşa əlaqəlidir”, - təşkilatın Şərqi Avropa və Qafqaz üzrə regional meneceri Ann Bonde Tusviq bildirib.

Bəyanatda diqqət ona yönəldilir ki, fəalların həbsi BMT-nin özbaşına həbslər üzrə işçi qrupunun üzvlərinin bu yaxınlarda Azərbaycana səfərindən sonra başlayıb.

Mayda səfər etmiş bu missiya insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, fəalların səslərinin susdurulması məqsədilə hüquq müdafiəçiləri, jurnalistlər, siyasi və dini liderlərin cinayət və inzibati ittihamlarla təqib olunduğunu bildirib.

Öz növbəsində ABŞ Helsinki Komissiyası özünün Tvitter akkauntunda Azərbaycanda son həbslərlə bağlı narahatlığını bildirib.

Helsinki Komissiyasının sədri Kris Smit diqqətin Azərbaycanda müxalifət və vətəndaş fəallarının təqib edilməsinə yönəldilməsi məqsədilə hazırlanan “Azərbaycanda demokratiya aktı” layihəsinin müəllifidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG