Accessibility links

Erkin Qədirli: Niyə 5 il azdır, 7 il istəyir... [Video-Müsahibə]


Erkin Qədirli: Niyə 5 il azdır, 7 il istəyir...
please wait

No media source currently available

0:00 0:06:46 0:00

Erkin Qədirli, REAL Hərəkatı İdarə Heyətinin üzvü

REAL Hərəkatinin İdarə Heyətinin üzvünün Amerikanın Səsinə müsahibəsi

REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli Amerikanın Səsinə müsahibəsində referendum və konstitusiya dəyişiklikləri, qurumun həbsdə olan rəhbərləri, təşkilata qarşı irəli sürülən ittihamlardan danışıb.

Amerikanın Səsi: REAL referendumda imzatoplama kampaniyasından çıxdığını elan edib. Səbəbi nədir? Ümumiyyətlə REAL referendumun legitimliyini tanıyacaqmı?

Biz bütün bunları nəzərə alaraq hesab etdik ki, bu şərlər altında REAL referendumda rəsmi proses olaraq iştirakından geri çəkilir. Artıq bunu özümüzdə mənəvi borc sayıb geri çəkilirik.

Erkin Qədirli: Referendum elan olunandan sonra REAL olaraq demişdik ki, referendumda iştirak edəcəyik. Çünki, referendum seçki deyil ki, onu boykot edəsən. Referendumda iştirak çox önəmlidir və xalqın məlumatlı seçim etmək imkanı var. Hər bir siyasi təşkilat da xalqın məlumatlı seçim etmək haqqını təmin etməyə borcludur. Ona görə biz referendumda iştirak etməyi özümüzə mənəvi borc bildik. Çünki, REAL-ın özünün hekayəsi referendumla bağlıdır, 2009-cu ildə yarananda, həmin ildə keçirilən referendumda təkliflərə qaşı çıxmışdıq. Biz bu təkliflərə qarşı da çıxmaq üçün referendumda iştirak etmək qərarını verdik. İlkin mərhələni keçdik, təşəbbüs qrupu Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçdi, imza vərəqələri aldıq. İmza yığmağa başlayacaqdıq, bu zaman REAL-a qarşı təzyiqlər, basqılar və repressiya başladı. REAL-ın icra katibi Natiq Cəfərli həbs olundu, REAL-ın Nəsimi-Səbael Məclisinin başqanı Toğrul İsmayılov inzibati həbs olundu və Binəqədi başqan yardımçısı Elşən Qasımov həbs olundu. Həbs olunan üç nəfərimizin hamısı çox önəmli şəxslərdir. Bunlar referendum üzrə təşəbbüs qrupunun üzvləridir, ikisi isə hətta səlahiyyətli nümayəndələr idi. Həbslər özü ilə birlikdə humanitar problemlər gətirir. Maddi problemlər, zaman itkisi, ailələrə yardım və sairə. Ona görə, biz bütün bunları nəzərə alaraq hesab etdik ki, bu şərlər altında REAL referendumda rəsmi proses olaraq iştirakından geri çəkilir. Artıq bunu özümüzdə mənəvi borc sayıb geri çəkilirik. Çünki referenduma görə həbs olunmuş üzvlərimiz ola-ola, biz referendumda iştirak etməyi özümüzə mənəvi baxımdan uyğun saymadıq.

Amerikanın Səsi: Bəs legitimliyini tanıyacaqsınızmı?

Erkin Qədirli: Əvvəldən onsuz da legitim deyil. Çünki referendum belə olmur. Heç kimlə məsləhətləşmədən, əvvəlcədən xəbər vermədən, xalqı, cəmiyyəti fakt qarşısında qoydular. Konstitusiya Məhkəməsinin qərarı da yanlış oldu. Yəni, tam olaraq konstitusiyaya uyğunluq yoxlanılmadı. Hələ Konstitusiya Məhkəməsi özündən də bir təklif verdi. Ona görə, referenduma çıxarılan təkliflərin rəsmi izahı hələ də yoxdur. Rəsmi izahı isə ancaq prezident verə bilər. O isə susur, çıxıb demir ki, nə üçün istəyir bu təkliflərin keçməsini, niyə 5 il ona azdlır, 7 il istəyir. Niyə parlamentin buraxılmasını istəyir, nəyinə lazımdır onun vitse-prezidentlər. Bütün bunları izah etmir. Alternativ fikri olanları susdurur, basqı altında saxlayır, həbs edir. Xalqa da deyir ki, gəlin səs verin. Referendum belə olmur. Ona görə, biz bunu öncədən legitim saymırıq. Ancaq, REAL-ın özünün mənəvi öhdəlikləri var, özünün missiyası var. Biz yalnız o baxımdan referendumda iştirak etməyi düşüNmüşdük. Amma, bu şərtlər altında artıq bunun anlamını görmürük.

Amerikanın Səsi: Həsbdə olan liderlərinizin ictimai müdafiəsi ilə bağlı hansı işlər görürsünüz və bundan sonra hansı işləri görəcəksiniz?

Erkin Qədirli: İlqar Məmmədov artıq 3 il yarımdır ki, həbsdədir. Onunla bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı var. Bu qərar çoxdan qüvvəyə minib və o qərarın bir hissəsini hökumət icra edib. Söhbət maddi təzminatın ödənilməsindən gedir. Amma azadlığa buraxmağa gələndə hökumət Avropa Məhkəməsinin qərarını icra etmir. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına nəzarət edən Avropa Şurasının Nazirlər Komitəsinin 5 aralıq qətnaməsi olub, hamısında İlqar Məmmədovun qeyd-şərtsiz azadlığa buraxılması tələb olunur. Bununla belə, hökumət israrla İlqar Məmmədovu həbsdə saxlayır. Hüquqi baxımdan gərəkən prosedurlar görülür. İlqar Məmmədovun işi Ali Məhkəmədədir. Onun işi ilə tanış olmaq üçün hakim də təyin olunub. Amma hələ də məhkəmənin nə zaman olacağı barədə bir məlumatımız yoxdur. Natiq Cəfərli bir həftədir həbs olunub. Onunla bağlı istintaq gedir. Təbii ki, bu istintaqıN özü qondarmadır. Natiq Cəfərlinin həbsi də hüquqa ziddir, heç bir ağlabatan əsaslar olmayıb. Ona qarşı irəli sürülən ittihamlar da saxtadır. Vəkil var, gərəkən işlər görür. Artıq Cəfərlinin həbsi ilə ba]lı birinci instansiya və apellyasiya instansiyası keçilib. Apellyasiya Məhkəməsindən sonra bu mərhələdə birbaşa Avropa Məhkəməsinə müraciət olunacaq. Çünki Avropa İnsan Haqları Konvensiyasının 5-ci maddəsi (Azadlıq və toxunulmazlıq hüququ) ilə bağlı Apellyasiya Məhkəməsindən sonra birbaşa Avropa Məhkəməsinə şikayət etmək olar. Yardımlaşırıq. Onun humanitar problemlərini həll etməyə çaılşırıq.

Amerikanın Səsi: Bir sıra yerli media orqanları REAL-ı qərb hökumətləri ilə əməkdaşlıqda suçlayılr. Cavabınız?

Rusiya səfirliyi çağırsın bir dəfə də onlarla danışaq. Türkiyə səfirliyinin qapısını tanımırıq. Onlar nə ilə məşğuldur bilinmir. Çağırsın bir dəfə onlarla danışaq.

Erkin Qədirli: Bu yalandır. Çox qısa desəm, bizim heç bir hökumətlə əməkdaşlığımız yoxdur. Əgər bizim xarici əlaqələrimizi nəzərdə tuturlarsa, QHT-lərlə və yaxud rəsmi beynəlxalq təşkilatlarla, hansındakı Azərbaycan üzvdür. Yəni ATƏT, Avropa Şurası, BMT, bu bizim haqqımızdır, bu bizim ixtiyarımızdır, bu bizim seçimimizdir. Əgər, hansısa xarici səfirlik bizimlə görüşmək istəyirsə, biz o görüşlərdən yayınmırıq, çəkinmirik. Biz ümumiyyətlə ünsiyyətə açı]ıq. Biz nə edək ki, bizimlə daha çox qərb səfirlikləri görüşür. Rusiya səfirliyi çağırsın bir dəfə də onlarla danışaq. Türkiyə səfirliyinin qapısını tanımırıq. Onlar nə ilə məşğuldur bilinmir. Çağırsın bir dəfə onlarla danışaq. YAP-ın özü çağırsın, belə görürəm onların bizə xeyli iradı var. Çağırsın söhbət edək, görək nə məsələdir. Biz də sözümüzü deyək. Niyə bizim hökumətlə əlaqəmiz və danışığımız hüquq-mühafizə orqanları vasitəsi ilə olmalıdır?

XS
SM
MD
LG