Accessibility links

AXCP sədrinin qohumunun apellyasiya şikayəti təmin edilməyib


Elnur Seyidov
Elnur Seyidov

Elnur Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir

Sentyabrın 8-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiasının (AXCP) sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun xəstəliklə bağlı vaxtından əvvəl azadlığa buraxılması barədə şikayətini təmin etməyib. Bu barədə AXCP Məlumat yayıb.

Vəkil Fəxrəddin Mehdiyev məhkəmədə Elnur Seyidovun xəstəliyi ilə bağlı yenidən ekspertiza keçirilməsi barədə vəsatət verib. Lakin hakim vəsatəti təmin etməyib.

Əvvəlki ekspertizada onun dağınıq skleroz xəstəliyindən əziyyət çəkdiyi təsdiqlənsə də Qaradağ rayon Məhkəməsi bunun Elnur Seyidovun cəza çəkməsinə maneə olmaması haqda qərar qəbul edib.

Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb.

Elnur Seyidovu 2012-ci il martın 27-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. O keçmiş “”Texnikabank”ın Yasamal şöbəsinin müdir müavini olub. Seyidov Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələrlə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O ittihamları qəbul etmir. AXCP məhkəmə hökmünü sifariş kimi qiymətləndirir və Seyidovun həbsininin Əli Kərimliyə qarşı qisas olduğunu bildirib.

XS
SM
MD
LG