Accessibility links

AXCP fəallarına 8 sutka inzibati həbs verilib [Yenilənib-1]


14 fəal Yasamal rayon Məhkəməsinə gətirilib
14 fəal Yasamal rayon Məhkəməsinə gətirilib

Onlar Milli Şuranın sentyabrın 17-də keçirdiyi mitinqdən sonra saxlanıb

Daha 7 gəncə Yasamal Rayon Məhkəməsində 8 sutka inzibati həbs cəzası verilib. Onlar da polisə müqavimətdə ittiham edilir.

Bundan əvvəl isə gənclərdən 4-nə eyni ittihamla 8 sutka inzibati həbs verilmişdi. Bir nəfər isə sərbəst buraxılmışdı.

Qalan 2 gəncə yaxın bir saatda hökm oxunmalıdır.

****

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Toghrul İbrahim, Məcnun Əhməd, Ülfət Həsənqarayev və Orxan Carçı inzibati qaydada 8 sutka müddətinə azadlıqdan məhrum ediliblər.

Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib

****

Milli Şuranın sentyabrın 17-də keçirdiyi mitinqdən sonra polis tərəfindən saxlanılan 14 nəfər fəal Yasamal rayon məhkəməsinə gətirilib. Fəallar İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunur. Bu barədə hazırda Yasamal rayon Məhkəməsində olan AXCP sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsinə bildirib.

G.Bayramlı, fəalların İnzibati Xətalar Məcəlləsinin hansı maddələri ilə günahlahırıldığını hələ dəqiqləşdirə bilməyib.

Onun sözlərinə görə, məhkəmə qarşısına çıxarılan şəxslərin 7 nəfəri AXCP fəalı, digər 7 nəfəri isə mitinqdə iştirak edən ictimai fəaldır.

Xatırladaq ki, Milli Şuranın sentyabrın 17-də keçirdiyi mitinq başa çatdıqdan sonra polis 40-a yaxın fəalı saxlayıb. Onların arasında jurnalistlər də olub. Sonradan saxlananların bir çoxu azad edilib.

Bakı Baş Polis İdarəsinin rəsmi məlumatına görə, bəzi mitinqçilərin ictimai asayişi pozduğu bildirilir.

XS
SM
MD
LG