Accessibility links

Bakıda 2000 polisin cəlb edildiyi əməliyyat keçirilib


Bu barədə Bakı şəhər Baş Polis İdarəsi məlumat verib

Bakı şəhər Baş Polis İdarəsi oktyabrın 7-də 2000-dən çox əməkdaşı cəlb etməklə kompleks tədbirlər həyata keçirib. Bu, paytaxtda ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, cinayətlərin qarşısının alınması və açılması, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi məlumat verib.

Məlumata görə, nəticədə müxtəlif növ cinayət törədən 4 nəfər tutulub, axtarışda olan 29 nəfər yerləri müəyyənləşdirilərək saxlanıb. Pasport rejimi qaydalarını pozmuş 1400-dən çox adam müəyyənləşdirilib.

Bundan əlavə, yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində Dövlət Yol Polisi Xidmətinin əməkdaşları tərəfindən paytaxt ərazisində ümumilikdə yol hərəkəti qaydalarını pozmuş 1500-dən çox sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub.

XS
SM
MD
LG